Gecə satışa çıxan "əlimyandı" maşınlar - "Başağrısı" istəmirsinizsə...

Son zamanlar avtomobil alqı-satqısı ənənəvi maşın bazarından çox sosial şəbəkələrə keçib.

Bizim.Media “milli.az”a istinadən xəbər verir ki, xüsusilə gecə saatlarında paylaşılan elanlarda "cekpot", "əlimyandı", "şansı qaçırma" kimi çağırışlarla təqdim olunan avtomobillər alıcılara cazibədar görünür. Lakin bu cür maşınların arxasında gizlənən risklər çox vaxt alıcıların gözündən qaçır.

Əsasən bazar dəyərindən xeyli ucuz qiymətə satılan bu avtomobillər əksər hallarda texniki cəhətdən nasaz, sənədlərində problem olan, ya da hansısa səbəbdən əldən çıxarılmağa çalışılan nəqliyyat vasitələridir. Bəzi hallarda isə avtomobilin mühərrik nömrəsi silinmiş, şassi kodu dəyişdirilmiş vəziyyətdə olur. Bu cür nasazlıqlar ilk baxışda görünməsə də, bir neçə gün və ya hətta saat sonra ciddi problemlərə səbəb olur.

Avtomobil almaq səbr və diqqət tələb edən prosesdir. Tələskənliklə, gecə saatlarında, telefon işığında baxılıb alınan avtomobillər çox zaman sabahı gün alıcıya başağrısı olur. Ekspertlər bildirir ki, "tez al, uduzma" prinsipi ilə hərəkət edən alıcılar əslində çox şey itirə bilər. Çünki avtomobil alışı ancaq qiymətə görə deyil, texniki vəziyyətə əsaslanmalıdır.

Əgər avtomobil real bazar qiymətindən çox ucuzdursa, bu, ilk növbədə şübhə doğurmalıdır.

Ucuz qiymət alıcıya sevinc yox, problemlər, təmir xərcləri və hüquqi məsuliyyət gətirə bilər. Odur ki, avtomobil alarkən təkcə qiymətə deyil, arxa planda gizlənən risklərə də diqqət yetirmək vacibdir. Gecə alınan "cekpot" sabah həyatınızı alt-üst edə bilər.
 

Bəzi satıcılar avtomobili satmazdan əvvəl onu kosmetik olaraq cilalayır, yağını dəyişir, kiçik texniki nasazlıqları gizlədir və avtomobili bir neçə günlük "sağlam" kimi təqdim edirlər. Alıcı isə avtomobili bir neçə metr sürdükdən sonra hər şeyin qaydasında olduğunu zənn edir. Ancaq bir neçə gündən sonra mühərrikdə, sürətlər qutusunda və ya elektron sistemlərdə yaranan nasazlıqlar artıq alıcının boynuna düşür. Üstəlik, satıcı ilə əlaqə saxlamaq da çətinləşir, çünki bu cür satışların əksəriyyəti qeyri-rəsmi olur.


Unutmaq olmaz ki, ucuz avtomobil satmaq istəyən şəxs, adətən, ondan tez qurtulmağa çalışır. Əgər bir maşın real dəyərindən aşağı qiymətə təqdim olunursa, bunun ya texniki, ya da hüquqi problemi var. Tələskənliklə verilən qərarlar sonradan həm maliyyə, həm də hüquqi baxımdan böyük itkilərlə nəticələnə bilər. Avtomobil almaq bir gündə verilən qərar deyil - yoxlamaq, müqayisə etmək və düşünmək şərtdir. Çünki avtomobil almaq yox, problem almaq istəmirsinizsə, diqqətli olmaqdan başqa yolunuz yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi

Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi

78 yaşlı Hicrət nənə: "Tələbə olacağımı eşidəndə çox sevindim" – VİDEO

78 yaşlı Hicrət nənə: "Tələbə olacağımı eşidəndə çox sevindim" – VİDEO

Fransa və Almaniya müharibə hazırlıqlarına BAŞLADI – Rusiya-Avropa müharibəsi ALOVLANIR

Fransa və Almaniya müharibə hazırlıqlarına BAŞLADI – Rusiya-Avropa müharibəsi ALOVLANIR

Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı KİMDİR... - MƏHKƏMƏ

Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı KİMDİR... - MƏHKƏMƏ

Şahin Mustafayev Təbrizə GETDİ – FOTO

Şahin Mustafayev Təbrizə GETDİ – FOTO

Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı, həbs edildi

Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı, həbs edildi

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

Millimizin üzvü oynadı, komandası MƏĞLUB OLDU

Millimizin üzvü oynadı, komandası MƏĞLUB OLDU

Qrip zamanı spirtli içkilərin orqanizmə mənfi təsiri AÇIQLANDI

Qrip zamanı spirtli içkilərin orqanizmə mənfi təsiri AÇIQLANDI

“Asfalt Raqib” məhkəməni uduzdu - 100 hektar meşəni geri qaytaracaq

“Asfalt Raqib” məhkəməni uduzdu - 100 hektar meşəni geri qaytaracaq

Sürücülərin DİQQƏTİNƏ – Bakıda hansı yollar pullu OLACAQ?

Sürücülərin DİQQƏTİNƏ – Bakıda hansı yollar pullu OLACAQ?

Bu ölkənin paytaxtı DƏYİŞİR

Bu ölkənin paytaxtı DƏYİŞİR

Xəyyam Əhmədlinin anası vəfat etdi – VİDEO

Xəyyam Əhmədlinin anası vəfat etdi – VİDEO

Şavkat Mirziyoyevdən Nyu-Yorkda 8,5 milyard dollarlıq TARİXİ MÜQAVİLƏ

Şavkat Mirziyoyevdən Nyu-Yorkda 8,5 milyard dollarlıq TARİXİ MÜQAVİLƏ

Ay və Marsdan gətirilən torpağa çay əkdilər – HANSINDA MÜMKÜN OLDU?

Ay və Marsdan gətirilən torpağa çay əkdilər – HANSINDA MÜMKÜN OLDU?

Daha bir cüdoçumuzun gözləri görürmüş - Avropa çempionatına buraxılmadı

Daha bir cüdoçumuzun gözləri görürmüş - Avropa çempionatına buraxılmadı

Səmərqənd Dövlət İqtisad və Servis İnstitutunda azərbaycanlı alimin adını daşıyan auditoriya açıldı – FOTO

Səmərqənd Dövlət İqtisad və Servis İnstitutunda azərbaycanlı alimin adını daşıyan auditoriya açıldı – FOTO

Uşaq Avroviziya müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin adı AÇIQLANDI

Uşaq Avroviziya müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin adı AÇIQLANDI

Su qəzalarında ARTIM – Ən çox problemlər hansı rayonlardadır?

Su qəzalarında ARTIM – Ən çox problemlər hansı rayonlardadır?

Xankəndidə Türkiyə ilə Azərbaycan arasında tarixi protokol imzalandı – FOTO

Xankəndidə Türkiyə ilə Azərbaycan arasında tarixi protokol imzalandı – FOTO

Hansı kəndlərimiz dünyanın ən gözəl kəndləri siyahısına düşə bilər? – SİYAHI

Hansı kəndlərimiz dünyanın ən gözəl kəndləri siyahısına düşə bilər? – SİYAHI

Kərim Vəliyev Belarusda Azərbaycanın Milli Qəhrəmanının anası ilə görüşdü – FOTO

Kərim Vəliyev Belarusda Azərbaycanın Milli Qəhrəmanının anası ilə görüşdü – FOTO

Danimarkada PUA hücumu TƏHLÜKƏSİ – Aviareyslər ləğv edildi - VİDEO

Danimarkada PUA hücumu TƏHLÜKƏSİ – Aviareyslər ləğv edildi - VİDEO

End of content

No more pages to load

RADİO