"10 günə 800 manat QAZANC" – Bacı-qardaşın evlənməsinə yol açan FACİƏ

“Cəmi 10 günə 500-800 manat qazan” bu elanlar son vaxtlar sosial şəbəkələrdə qadınlara yönəlik follekul (yumurta hüceyrəsi) donorluğu ilə bağlıdır. Bu kimi şirnikləndirici çağırışlarla qadınlara donor olmaq təklif edilir.

Sadə tibbi müdaxilə kimi təqdim edilən bu prosesin arxasında isə qadın sağlamlığı üçün ciddi risklər dayanır. Hormon stimulyasiyası və yumurtalıqlara müdaxilə nəticəsində qadın orqanizmində hormonal disbalans, yumurtalıq hiperstimulyasiya sindromu, menstrual pozğunluqlar, hətta sonsuzluq riski yarana bilər. Mütəxəssislər bu proseduru orqanizm üçün ciddi hormonal müdaxilə və sağlamlıq riski adlandırırlar.

Məsələdə diqqətçəkən məqam isə ondan ibarətdir ki, Azərbaycanda bu sahəni tənzimləyən aydın və konkret qanunvericilik mexanizmi mövcud deyil. Hüquqi boşluqlar səbəbindən nə donor qadınların sağlamlıq təhlükəsizliyi, nə də prosedurun etik tərəfləri nəzarətdə saxlanılır.

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Bizim.Media-ya danışıb.
 

O, qeyd edib ki,  bu sahəni tənzimləyən qanunlar var lakin konkret folekul donorluğu ilə bağlı məsələlər tənzimlənmir.

 

"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanunu mövcuddur. Qanunun əsas məqsədi insan toxumaları və orqanlarının transplantasiyasını, respiyentlərini və transplantasiya sahəsində tibbi fəaliyyəti tənzimləmək, dövlətin nəzarətini müəyyən etməkdir. Qanunun 3-cü maddəsinə əsasən bu, reproduksiya vasitələrinə və bu məqsədlə isifadə edilən orqanlara, onun hissələrinə, toxumalarına, yumurta hüceyrələrə, spermalara eləcə də qan və onun kompanentlərinə şamil edilmir”.

Onun sözlərinə görə,  Azərbaycan Respublikasının “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun 32-ci maddəsinə əsasən donor orqanlarının alqı-satqısı, elanı qadağandır.

“Həmçinin Azərbaycan Respublikasının Cinayət məcəlləsi 137-ci maddəsinə görə, insan orqanları və toxumalarının alışı və satışı cinayət hesab edilir. Bu, 6000 manatdan 9000 manatadək cərimə və ya 3 ilə qədər müddətə müəyyən vəzifə tutmaq və müəyyən vəzifə ilə məşğul olmaq hüququndan məhrum edilmək, 3 ilə qədər azadlıqdan məhrum edilmə cəzası ilə nəticələnir. Bu müddəanın daha ağırlaşmış formaları da mövcuddur”.
 

Hüquqşünas hesab edir ki, sosial şəbəkələrdə gedən elanlar mütləq şəkildə hüquq-mühafizə orqanları tərəfindən ciddi nəzarətdə saxlanmalı, dindirmələr həyata keçirilməlidir”.


R.Süleymanov folekul donorluğu haqqında qanunun qəbulunu faydalı olaraq qiymətləndirmir. Onun fikrincə, bu, gələcəkdə bir-birini tanımayan bacı və qardaşların bir-birilə evlənməsinə gətirib çıxaracaq.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cennifer Lopezin ideal forması hamını heyran etdi – FOTO

Cennifer Lopezin ideal forması hamını heyran etdi – FOTO

“Koroğlu”da piyadanın vurulduğu hadisənin ANBAAN VİDEOSU

“Koroğlu”da piyadanın vurulduğu hadisənin ANBAAN VİDEOSU

4 nəfər mağazanı belə qarət etdi – ANBAAN VİDEO

4 nəfər mağazanı belə qarət etdi – ANBAAN VİDEO

Bazarda 5 manatdır: Yeyən ətin dadını unudur – FOTO

Bazarda 5 manatdır: Yeyən ətin dadını unudur – FOTO

Ayağında 3 barmağı olsa da, hərbi xidmətə göndərildi - Rəsmi açıqlama

Ayağında 3 barmağı olsa da, hərbi xidmətə göndərildi - Rəsmi açıqlama

Avropa İttifaqının İKİÜZLÜ SİYASƏTİ – Cənubi Qafqazda sülhü hədəf alan “HİBRİD TƏHDİD”LƏR

Avropa İttifaqının İKİÜZLÜ SİYASƏTİ – Cənubi Qafqazda sülhü hədəf alan “HİBRİD TƏHDİD”LƏR

Moskvaya güclü qar yağıb – FOTO/VİDEO

Moskvaya güclü qar yağıb – FOTO/VİDEO

Amnistiya aktının tətbiqi BAŞA ÇATDI – RƏSMİ

Amnistiya aktının tətbiqi BAŞA ÇATDI – RƏSMİ

Türkiyədə meşə yanğını: 3 helikopter havaya qaldırıldı - VİDEO

Türkiyədə meşə yanğını: 3 helikopter havaya qaldırıldı - VİDEO

Vaşinqtonda bəzi qonaqlar atışmadan sonra alkoqollu içkiləri özləri ilə aparıb - FOTO

Vaşinqtonda bəzi qonaqlar atışmadan sonra alkoqollu içkiləri özləri ilə aparıb - FOTO

Rusiya Odessaya zərbə endirdi: Yaralananlar var – FOTO

Rusiya Odessaya zərbə endirdi: Yaralananlar var – FOTO

Kür çayının aşağı axınına suyun buraxılmasına BAŞLANILDI

Kür çayının aşağı axınına suyun buraxılmasına BAŞLANILDI

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Xaricdən məhsul gətirənlər xəbəri diqqətlə OXUSUN

Xaricdən məhsul gətirənlər xəbəri diqqətlə OXUSUN

Oğlunu qətlə yetirən ata: “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”

Oğlunu qətlə yetirən ata: “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”

Sürücü 16 yaşlı oğlanı maşınla vurdu, göz yaşını saxlaya bilmədi – VİDEO

Sürücü 16 yaşlı oğlanı maşınla vurdu, göz yaşını saxlaya bilmədi – VİDEO

Ukraynada səfərbərlikdən yayınan kişi binanın damına çıxdı, tutularkən yıxıldı – ANBAAN VİDEO

Ukraynada səfərbərlikdən yayınan kişi binanın damına çıxdı, tutularkən yıxıldı – ANBAAN VİDEO

Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

16 yaşlı oğlanı “tok” vurub öldürdü

16 yaşlı oğlanı “tok” vurub öldürdü

"Brent" neftinin qiyməti 107 dollara yaxınlaşdı

"Brent" neftinin qiyməti 107 dollara yaxınlaşdı

Saat fərqli, cavab eyni – “Azərişıq” vətəndaşların səbrini sınayır? – VİDEO

Saat fərqli, cavab eyni – “Azərişıq” vətəndaşların səbrini sınayır? – VİDEO

Bu gün Sərsəng su anbarında beynəlxalq yarışa START VERİLİR

Bu gün Sərsəng su anbarında beynəlxalq yarışa START VERİLİR

Avro və rubl bahalaşdı, dollari isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollari isə... – YENİ MƏZƏNNƏ

İsmayıl Əsgərov Rusiya-Ukrayna müharibəsində həyatını itirdi – FOTO

İsmayıl Əsgərov Rusiya-Ukrayna müharibəsində həyatını itirdi – FOTO

End of content

No more pages to load

RADİO