MİQ imtahanında iştirak edəcək şəxslərin NƏZƏRİNƏ!

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə keçiriləcək test imtahanı mərhələsində “Xarici dil” (Alman dili) ixtisası üzrə iştirak edəcək namizədlərə ümumilikdə 40 sual təqdim ediləcək.

Bizim.Media bu barədə Təhsil İnstitutunun təqdim etdiyi “Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” sənədinə əsasən xəbər verir.

Bildirilir ki, namizədlər oxuyub-anlama üzrə 15, leksikologiyadan 8, dil qaydaları üzrə isə 17 suala cavab verməlidirlər.

Məzmun sahələri üzrə mövzular

1. Oxuyub-anlama

• Cümlə, dialoq və ya mətn qurmaq
• Cümləni, dialoqu və ya mətni məntiqi sonluqla tamamlamaq
• Cümləni parafraz etmək
• Mətnin əsas fikrini, ideyasını tapmaq
• Mətn əsasında ən uyğun nəticəni seçmək, səbəb-nəticə əlaqəsini müəyyən etmək
• Mətni sürətli gözdən keçirib, spesifik məlumatı tapmaq
• Mətndə müəyyən bir fikrin verilib-verilməməsini təyin etmək və ya mətnə aid olmayan fikirləri tapmaq
• Mətnin məzmununa uyğun düzgün başlığı seçə bilmək, yaxud başlığa uyğun düzgün mətn seçmək

2. Leksikologiya

• Sinonimləri, antonimləri, frazeoloji ifadələri, idiomları və atalar sözlərini mənasına uyğun olaraq düzgün müəyyən etmək və ya cümlədə istifadə etmək
• Verilmiş vəziyyət üçün düzgün sözü və ya ifadəni istifadə etmək
• Kontekstdən sözü anlamaq və mənasını müəyyən etmək
• Sözləri mənalarına görə fərqləndirmək və ya uyğunlaşdırmaq

3. Dil qaydaları

3.1. Morfologiya

• Artikl: müəyyən və qeyri-müəyyən artikllar; isimlərin artiklsız işlənməsi
• İsim: mürəkkəb isimlər; isimlərin hallanması; isimlərin cəmlənməsi
• Sifət: sifətlərin hallanması; sifətlərin isimləşməsi; sifətin dərəcələri; sifətin idarəsi
• Əvəzlik: əvəzlik və mənaca növləri
• Sözönü: sözönləri və mənaca növləri
• Say: sayların mənaca növləri; sayların isim kimi işlənə bilməsi
• Feil: feilin leksik və qrammatik məna növləri və formaları; məsdər qrupları
• Zərf: əvəzlik zərfləri; zərflərin növləri
• Bağlayıcı: tabesizlik bağlayıcılar; tabelilik bağlayıcılar; mürəkkəb bağlayıcılar

3.2. Sintaksis

• Cümlə: sadə və mürəkkəb cümlələr (tabeli-tabesiz)
• Cümlə üzvləri: cümlənin baş və ikinci dərəcəli üzvləri
• Vasitəsiz nitq, vasitəli nitq
• Cümlə və onun növləri
• Budaq cümlə və növləri

Sənəddə qeyd olunur ki, test mərhələsində bütün fənlər üzrə, o cümlədən metodika və pedaqogika sahəsində namizədlərin bilik və bacarıqları həm nəzəri, həm də praktik baxımdan yoxlanılır.

Tədris dilləri (Azərbaycan və rus), xarici dillər (ingilis, fransız, rus, alman) və Azərbaycan dili (dövlət dili) fənləri üzrə oxuyub-anlama bacarığının qarşısında qeyd edilən say mətnlərin miqdarını deyil, sualların miqdarını əks etdirir.

Əlavə olaraq vurğulanır ki, mövzular müəyyən edilərkən ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə istinad edilib və təqdim olunan mövzulara xüsusi diqqət yetirilməsi tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quterreşdən İran və ABŞ-a ÇAĞIRIŞ

Quterreşdən İran və ABŞ-a ÇAĞIRIŞ

Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın

Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın

Trampa qarşı Türkiyədə sui-qəsd hazırlanıb? – İDDİA

Trampa qarşı Türkiyədə sui-qəsd hazırlanıb? – İDDİA

Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazandı - FOTO

Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazandı - FOTO

Şəkidə minik avtomobili yandı

Şəkidə minik avtomobili yandı

Türkiyənin məşhur turizm mərkəzində meşə yanğını başladı - VİDEO

Türkiyənin məşhur turizm mərkəzində meşə yanğını başladı - VİDEO

Günün AXŞAM xəbərləri

Günün AXŞAM xəbərləri

Bakıda PARTLAYIŞ oldu - Yaralılar var

Bakıda PARTLAYIŞ oldu - Yaralılar var

Günel Azərbaycana köçməsindən danışdı - VİDEO

Günel Azərbaycana köçməsindən danışdı - VİDEO

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

Nəhəng bizon buynuzu ilə yaşlı turisti göyə tulladı - ANBAAN VİDEO

Nəhəng bizon buynuzu ilə yaşlı turisti göyə tulladı - ANBAAN VİDEO

Kəlbəcərdə tuneldə avtomobil yandı - FOTO/VİDEO

Kəlbəcərdə tuneldə avtomobil yandı - FOTO/VİDEO

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Co Bayden Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verdi: "Cill və mən şokdayıq"

Co Bayden Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verdi: "Cill və mən şokdayıq"

Kəlbəcərdə yeniyetmə çaya düşdü - VİDEO

Kəlbəcərdə yeniyetmə çaya düşdü - VİDEO

İsraildə parlament seçkilərinin tarixi açıqlandı

İsraildə parlament seçkilərinin tarixi açıqlandı

İslahatlar illüziyası ili: Yuliya Sviridenko vəzifəsindən hansı nəticələrlə gedir?

İslahatlar illüziyası ili: Yuliya Sviridenko vəzifəsindən hansı nəticələrlə gedir?

İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirdi - VİDEO

IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO

IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO

"The New York Times" Ukrayna və İran müharibəsini MÜQAYİSƏ ETDİ

"The New York Times" Ukrayna və İran müharibəsini MÜQAYİSƏ ETDİ

Pensilvaniyada nadir atmosfer hadisəsi lentə alındı - VİDEO

Pensilvaniyada nadir atmosfer hadisəsi lentə alındı - VİDEO

ABŞ İrana yeni zərbələr endirdi - VİDEO

ABŞ İrana yeni zərbələr endirdi - VİDEO

Tramp Ukrayna münaqişəsi haqqında: "Mən müharibənin tezliklə bitməsini istəyirdim, Qrem isə..." - VİDEO

Tramp Ukrayna münaqişəsi haqqında: "Mən müharibənin tezliklə bitməsini istəyirdim, Qrem isə..." - VİDEO

İsti hava menyunu dəyişdi: Fransada şokolad, qəhvə və sosiska satışı kəskin azalıb

İsti hava menyunu dəyişdi: Fransada şokolad, qəhvə və sosiska satışı kəskin azalıb

End of content

No more pages to load

RADİO