Övladını tibb fakültəsinə pulla düzəltdirmək istədi - 100 min itirdi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq əməlində təqsirləndirilən 1998-ci il təvəllüdlü Şəxsət Səfərova hökm oxunub.

Bizim.Media xəbər verir ki, cinayət işi üzrə tanınmış həkim-uroloq Elza Binnətova zərərçəkmiş şəxs qismində tanınıb.

Bildirilib ki, paytaxtın Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən plazada fəaliyyət göstərən cagdas.edu.az saytının və xaricdə ali təhsil agentliyinin rəhbərlərindən olan Şəxsət özünü İstanbul Cərrahpaşa Universitetinin Orta Asiya və Qafqaz üzrə nümayəndəsi kimi təqdim edib. O, E.Binnətovaya övladını həmin universitetə qəbul etdirəcəyi vədi verərək 58 min dollar (98 600 manat) alıb. Lakin bir müddət sonra Şəxsət vədini yerinə yetirə bilməyib. E.Binnətova pulları geri tələb etsə də, o, aldığı vəsaiti qaytarmayıb. Həmçinin həkimin övladı Bakıda digər universitetə imtahan verərək qəbul olub.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra Şəxsət barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli iqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

O, ifadəsində aldığı pulun 40 min dollarını Türkiyəyə göndərdiyini, 8 min dollarını Fatih adlı şəxsə verdiyini, 10 minini isə özünə götürdüyünü deyib: “5 ildir bu işlə məşğulam. İlk dəfədir ki, problemlə qarşılaşıram. Mənim Elza xanımı aldatmaq niyyətim olmayıb. Qarşı tərəflə İstanbul Cerrahpaşa Universitetində övladlarını tibb fakültəsinə qəbul etdirmək barədə razılaşmışdıq. Türkiyədə uşaqları instituta düzəltməklə məşğul olan şəxslərlə üç ildir ki, işləyirdim. Lakin sonuncu dəfə pulu alıb işi düzəltmədilər. Həmin şəxslər iki-üç aya problemi həll edəcəklərini demişdilər, lakin həll edə bilmədilər. Mən pulun qaytarılmasını tələb etmişdim, lakin həmin şəxslər qaytara bilmədilər”.

E.Binnətova isə ifadəsində instaqram sosial şəbəkəsində İstanbul Cərrahpaşa Universitetinə qəbulla bağlı “Çağdaş Eğitim” şirkətinin elanını gördüyünü və onlarla əlaqə saxladığını, lakin qarşı tərəfin onu aldadaraq külli miqdarda pul aldığını deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsə 5 il azadlıqdan məhrumetmə cəzası verib. Lakin cəza şərti hesab edilib və Şəxsət həbsdən azadlığa buraxılıb. Qeyd edilib ki, təqsirləndirilən tərəf zərərçəkmişə vurduğu ziyanın böyük hissəsini ödəyib və 18 min dollarlıq hissə qalıb. Məhkəmə həmin pulun da tutularaq qarşı tərəfə verilməsi barəsində qərar çıxarıb. Mənəvi zərərlə bağlı 5 min manatlıq mülki iddia isə baxılmamış saxlanılıb. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Emin Hüseynov: Azad olunmuş ərazilərdə yaşayan və işləyənlərin sayı 50 minə çatdı

Emin Hüseynov: Azad olunmuş ərazilərdə yaşayan və işləyənlərin sayı 50 minə çatdı

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub – FOTO

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub – FOTO

Rusiyanın sərhəd gözətçi gəmisi Bakıya gəldi – FOTO

Rusiyanın sərhəd gözətçi gəmisi Bakıya gəldi – FOTO

“Qarabağ”ın futbolçusu Fransa klubuna KEÇƏ BİLƏR

“Qarabağ”ın futbolçusu Fransa klubuna KEÇƏ BİLƏR

Ağdam şəhərinə ilk köç OLACAQ - Vaxt AÇIQLANDI

Ağdam şəhərinə ilk köç OLACAQ - Vaxt AÇIQLANDI

Məktəbli formalarının satışında REKORD – Bakı Tikiş Evindən AÇIQLAMA

Məktəbli formalarının satışında REKORD – Bakı Tikiş Evindən AÇIQLAMA

Şara kreslodan imtina etdi, alqışlar qazandı – Video

Şara kreslodan imtina etdi, alqışlar qazandı – Video

Məşhur türkiyəli aktyor ikinci dəfə evləndi - FOTO

Məşhur türkiyəli aktyor ikinci dəfə evləndi - FOTO

Arıqlamağa kömək edən 7 möcüzəvi QİDA

Arıqlamağa kömək edən 7 möcüzəvi QİDA

Cənubi Qafqazın ən çirkli şəhəri

Cənubi Qafqazın ən çirkli şəhəri

SOCAR İtaliya şirkətindən pay alır

SOCAR İtaliya şirkətindən pay alır

Şəbnəmdən ŞOK AÇIQLAMA: “Atamı axirətdə də bağışlamayacağam” - VİDEO

Şəbnəmdən ŞOK AÇIQLAMA: “Atamı axirətdə də bağışlamayacağam” - VİDEO

Ukrayna PUA-ları Moskvanı vura bilmədi

Ukrayna PUA-ları Moskvanı vura bilmədi

Neçə dövlət tibb müəssisəsində onlayn növbə sistemi mövcuddur? - Rəsmi AÇIQLAMA

Neçə dövlət tibb müəssisəsində onlayn növbə sistemi mövcuddur? - Rəsmi AÇIQLAMA

Qəbələdəki qəzanın anbaan görüntüləri - Video

Qəbələdəki qəzanın anbaan görüntüləri - Video

Masallıda antik dövrə aid küp məzarı tapıldı – FOTO

Masallıda antik dövrə aid küp məzarı tapıldı – FOTO

Sentyabrın 24-də qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sentyabrın 24-də qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

“Neftçi” bu futbolçunun transferini YEKUNLAŞDIRDI

“Neftçi” bu futbolçunun transferini YEKUNLAŞDIRDI

Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi

Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi

78 yaşlı Hicrət nənə: "Tələbə olacağımı eşidəndə çox sevindim" – VİDEO

78 yaşlı Hicrət nənə: "Tələbə olacağımı eşidəndə çox sevindim" – VİDEO

Fransa və Almaniya müharibə hazırlıqlarına BAŞLADI – Rusiya-Avropa müharibəsi ALOVLANIR

Fransa və Almaniya müharibə hazırlıqlarına BAŞLADI – Rusiya-Avropa müharibəsi ALOVLANIR

Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı KİMDİR... - MƏHKƏMƏ

Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı KİMDİR... - MƏHKƏMƏ

Şahin Mustafayev Təbrizə GETDİ – FOTO

Şahin Mustafayev Təbrizə GETDİ – FOTO

Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

End of content

No more pages to load

RADİO