Azərbaycanda uşaqların “TikTok”a girişi QADAĞAN oluna bilər – MÜHÜM AÇIQLAMA

Son illərdə sosial şəbəkələrsiz həyatı təsəvvür etmək olmur. İnsanlar xəbərləri ordan oxuyur, digər insanlarla fikir mübadiləsi aparır, öz bacarıqlarına uyğun fotolar, videolar çəkir başqaları ilə paylaşırlar. Artıq sosial şəbəkələr gəlir yerinə çevrilib.

Hər bir yeniliyin müsbət tərəfi olduğu kimi mənfi tərəfələri də var. Xüsusilə, son illər istifadəçi sayına görə önə çıxmış “TikTok” platformasından istifadə edən uşaqlar daha çox mənfi təsirə məruz qalırlar. Ona görə də bəzi ölkələrdə uşaqların bu platformadan istifadəsi məhdudlaşdırılıb.

Azərbaycanda da uşaqların “TikTok”a girişinin qadağan edilməsi təklif edilib. Bu təkliflə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov "Uşaqların kiber mühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət" mövzusunda keçirilən dəyirmi masada çıxış edib. O bildirib ki, bəzi ölkələrdə uşaqların tiktoka girişi qadağan edilib. Bizdə də bu istiqamətdə addım atılmalıdır.

Bəs bu necə tənzimlənə bilər?

Məsələ barədə Bizim.Media-ya danışan İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib ki, hər hansı sosial şəbəkədə lokal uyğunlaşma, Azərbaycan üçün xüsusi tənzimlənmə yaradılması öz-özlüyündə çox da asan məsələ deyil:

“Beynəlxalq platformaların daxilində lokallaşma o platformalar üçün çox böyük iş tələb edir ki, onlar Azərbaycan girişləri üçün xüsusi bir həll yaratmalıdırlar. Bunun üçün “Tiktok” rəhbərliyi Azərbaycan üçün əlavə iş aparmalıdır, bunun üçün qanuni tənzimləmələr və digər məsələlər də həllini tapmalıdır. Amma başqa metodlar da var. Nümunə üçün maarifləndirmə işini deyə bilərik. Biz bunun üçün ölkədə maarifləndirmə işi aparmalıyıq. Həm qanun, həm vətəndaşların maarifləndirilməsi müstəvisində iş getməlidir”.

O, bildirib ki, digər bir məqam isə “Tiktok”un özünün tənzimləmələridir:

“Bu tənzimləmələrdə əgər bir fərd öz ailə üzvlərini orada qeyd edib, orada onun övladı olduğu haqda tənzimləmə apara bilsə, onun izləyəcəyi kontentləri seçə bilsə yaxşı olar. Məsələn, uşaq 18+ kontentlər, pornoqrafik, erotik, qeyri-etik sözlərin istifadə olunduğu kontentlər izləyə bilməsin. Və ya o seçə bilməlidir ki, ancaq maariflənmə kontentlərindən istifadə eləsin.

Daha öncə də ölkədə feysbukun qadağan olunması və ya vergi tətbiq olunması ilə bağlı çox fikir səslənmişdi. Bu, lokallaşma deməkdir. Lokallaşma beynəlxalq platformada hər ölkə üçün ayrı bir iş mexanizmi, iş axını yaradılması öz-özlüyündə çətin prosesdir. Bu həm platformalar üçün çətindir, həm də yerli qanunvericilik dəstəkləməlidir, əsaslı səbəblər olmalıdır, sosial tədqiqiatların nəticəsində qanunvericilik işləri aparılmalıdır. Yəni burada bir xeyli fəaliyyət planı əks olunmalıdır.

Digər bir məqam var ki, onlar bununla razılaşacaqlarmı ki, Azərbaycan üçün xüsusi tənzimləmələrdə iştirak etsinlər və öz platformalarında Azərbaycan üçün lokallaşma aparsınlar. Bunun üçün ən əsas məqamlardan biri də Azərbaycan onların bazarı üçün nə qədər gəlirli olduğunu bilmək laızmdır.

Tutaq ki, 9 milyondan çox internetə çıxışımız var və 6 milyonun üzərində müxtəlif sosial şəbəkə istifadəçimiz var. Bunların hər birinə baxanda ümumi 6 milyon sosial şəbəkələr istifadəçisi olan ölkənin sosial şəbəkələr üçün nə qədər böyük bir təsirə malik ola bilər ki, onlar əlavə iş axını yaratsınlar”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi

Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi

78 yaşlı Hicrət nənə: "Tələbə olacağımı eşidəndə çox sevindim" – VİDEO

78 yaşlı Hicrət nənə: "Tələbə olacağımı eşidəndə çox sevindim" – VİDEO

Fransa və Almaniya müharibə hazırlıqlarına BAŞLADI – Rusiya-Avropa müharibəsi ALOVLANIR

Fransa və Almaniya müharibə hazırlıqlarına BAŞLADI – Rusiya-Avropa müharibəsi ALOVLANIR

Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı KİMDİR... - MƏHKƏMƏ

Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı KİMDİR... - MƏHKƏMƏ

Şahin Mustafayev Təbrizə GETDİ – FOTO

Şahin Mustafayev Təbrizə GETDİ – FOTO

Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı, həbs edildi

Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı, həbs edildi

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

Millimizin üzvü oynadı, komandası MƏĞLUB OLDU

Millimizin üzvü oynadı, komandası MƏĞLUB OLDU

Qrip zamanı spirtli içkilərin orqanizmə mənfi təsiri AÇIQLANDI

Qrip zamanı spirtli içkilərin orqanizmə mənfi təsiri AÇIQLANDI

“Asfalt Raqib” məhkəməni uduzdu - 100 hektar meşəni geri qaytaracaq

“Asfalt Raqib” məhkəməni uduzdu - 100 hektar meşəni geri qaytaracaq

Sürücülərin DİQQƏTİNƏ – Bakıda hansı yollar pullu OLACAQ?

Sürücülərin DİQQƏTİNƏ – Bakıda hansı yollar pullu OLACAQ?

Bu ölkənin paytaxtı DƏYİŞİR

Bu ölkənin paytaxtı DƏYİŞİR

Xəyyam Əhmədlinin anası vəfat etdi – VİDEO

Xəyyam Əhmədlinin anası vəfat etdi – VİDEO

Şavkat Mirziyoyevdən Nyu-Yorkda 8,5 milyard dollarlıq TARİXİ MÜQAVİLƏ

Şavkat Mirziyoyevdən Nyu-Yorkda 8,5 milyard dollarlıq TARİXİ MÜQAVİLƏ

Ay və Marsdan gətirilən torpağa çay əkdilər – HANSINDA MÜMKÜN OLDU?

Ay və Marsdan gətirilən torpağa çay əkdilər – HANSINDA MÜMKÜN OLDU?

Daha bir cüdoçumuzun gözləri görürmüş - Avropa çempionatına buraxılmadı

Daha bir cüdoçumuzun gözləri görürmüş - Avropa çempionatına buraxılmadı

Səmərqənd Dövlət İqtisad və Servis İnstitutunda azərbaycanlı alimin adını daşıyan auditoriya açıldı – FOTO

Səmərqənd Dövlət İqtisad və Servis İnstitutunda azərbaycanlı alimin adını daşıyan auditoriya açıldı – FOTO

Uşaq Avroviziya müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin adı AÇIQLANDI

Uşaq Avroviziya müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin adı AÇIQLANDI

Su qəzalarında ARTIM – Ən çox problemlər hansı rayonlardadır?

Su qəzalarında ARTIM – Ən çox problemlər hansı rayonlardadır?

Xankəndidə Türkiyə ilə Azərbaycan arasında tarixi protokol imzalandı – FOTO

Xankəndidə Türkiyə ilə Azərbaycan arasında tarixi protokol imzalandı – FOTO

Hansı kəndlərimiz dünyanın ən gözəl kəndləri siyahısına düşə bilər? – SİYAHI

Hansı kəndlərimiz dünyanın ən gözəl kəndləri siyahısına düşə bilər? – SİYAHI

Kərim Vəliyev Belarusda Azərbaycanın Milli Qəhrəmanının anası ilə görüşdü – FOTO

Kərim Vəliyev Belarusda Azərbaycanın Milli Qəhrəmanının anası ilə görüşdü – FOTO

Danimarkada PUA hücumu TƏHLÜKƏSİ – Aviareyslər ləğv edildi - VİDEO

Danimarkada PUA hücumu TƏHLÜKƏSİ – Aviareyslər ləğv edildi - VİDEO

End of content

No more pages to load

RADİO