Zaqatala fermerləri ÇIXILMAZ DURUMDA - Otlaqlarına nə qədər ziyan dəyib? – FOTO

Yaz-yay ayları bütün sahələrdə olduğu kimi kənd təsərrüfatında işin qızğın dövrüdür. Kəndlərdə yaşayan insanlar özlərinin qış azuqəsi ilə yanaşı mal-qara üçün də yem ehtiyatı görməlidir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu il Zaqatalada havaların qeyri-sabit keçməsi xüsusən ot sahələrinin biçilməsində bir sıra çətinliklər yaradıb. 

May və iyun ayının ilk günləri Şəki-Zaqatala bölgəsində ot biçinlərinin qızğın dövrünə təsadüf edir. Bu il isə həmin müddətdə əsasən Zaqatalada havalar qeyri-sabit əsasən yağmurlu keçib. Nəticədə biçilən otlar sahələrdə qalıb.

Rayonun Aşağı Çardaxlar kənd sakini Şirxan Gəncəliyevə bu il küllü miqdarda maddi ziyan dəyib. Biçilən ot sahəsi sel-sular altında qalıb:

“Bir hektar 70 sot torpağım var. Yonca əkmişdim, budur su gəlib batırıb, pis gündədir. Ən aşağısı 300 pres -bağlama götürəsiydim , 3.50-yə- 4 manata satırdım”, - deyən kənd sakini ona 3 min manata yaxın maddi ziyan dəydiyini bildirir. 

Havaların yağmurlu keçməsi nəticəsində bəzi təsərrüfatlarda hələ də biçilməyən otlaqlara təsadüf edilir.  Digər tərəfdən birinci çalımda yaxşı ot tədarükü görülmədiyindən ot bağlamalarının qiymətində artım da artıq hiss olunur.

Mal-qara üçün qış ehtiyatı görməyə hazırlaşanlar sırasında Muxax sakinləri də az deyil. Onların sözlərinə görə hələ may ayında ilk ot çalımının bir bağlamasını elə sahədəcə 3 manatdan sata bilərdilər.  İndi isə qiymətlər ən azı bir manat bahalaşıb. Növbəti biçinə qədər isə yəqin ki, 4-5 manat arasında dəyişəcək. Muxax sakini Əli İsmayılov da ot sahəsinin yağışlarla əlaqədar xarab olduğunu deyir.

“İki ildir bu vəziyyətdir, yağışdan imkan olmur bir qram ot götürə bilmirik. Presini yerində 3 manatdan satırdıq” deyən Əli İsmayılov qonşusunun 200 bağlama otu yağış altında qalaraq tərk olduğunu da sözlərinə əlavə edir.

 Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik şöbəsindən verilən məlumata əsasən rayon üzrə 8275 hektar ot sahəsi var. Hektardan məhsuldarlıq 79 sentiner təşkil edir. Şöbədən o da bildirilib ki, bu ilin birinci ot biçiminin əsasən yağmurlu havalara təsadüf etməsi maldarlar üçün bir sıra çətinliklər yaradıb, ot bağlamalarını sahələrdən daşıya bilməyiblər. Lakin qarşıdakı iyun, iyul, avqust və sentyabr aylarında daha bir neçə ot biçimi gözlənilir. Fermerlərə tövsiyə edilir ki, biçin vaxtı  hava məlumat bürosunun proqnozlarını nəzərə alsınlar. 













  
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransada silah dolu avtomobil tapıldı - 300 nəfər təxliyə olundu

Fransada silah dolu avtomobil tapıldı - 300 nəfər təxliyə olundu

Quterreşdən İran və ABŞ-a ÇAĞIRIŞ

Quterreşdən İran və ABŞ-a ÇAĞIRIŞ

Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın

Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın

Trampa qarşı Türkiyədə sui-qəsd hazırlanıb? – İDDİA

Trampa qarşı Türkiyədə sui-qəsd hazırlanıb? – İDDİA

Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazandı - FOTO

Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazandı - FOTO

Şəkidə minik avtomobili yandı

Şəkidə minik avtomobili yandı

Türkiyənin məşhur turizm mərkəzində meşə yanğını başladı - VİDEO

Türkiyənin məşhur turizm mərkəzində meşə yanğını başladı - VİDEO

Günün AXŞAM xəbərləri

Günün AXŞAM xəbərləri

Bakıda PARTLAYIŞ oldu - Yaralılar var

Bakıda PARTLAYIŞ oldu - Yaralılar var

Günel Azərbaycana köçməsindən danışdı - VİDEO

Günel Azərbaycana köçməsindən danışdı - VİDEO

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

Nəhəng bizon buynuzu ilə yaşlı turisti göyə tulladı - ANBAAN VİDEO

Nəhəng bizon buynuzu ilə yaşlı turisti göyə tulladı - ANBAAN VİDEO

Kəlbəcərdə tuneldə avtomobil yandı - FOTO/VİDEO

Kəlbəcərdə tuneldə avtomobil yandı - FOTO/VİDEO

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Co Bayden Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verdi: "Cill və mən şokdayıq"

Co Bayden Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verdi: "Cill və mən şokdayıq"

Kəlbəcərdə yeniyetmə çaya düşdü - VİDEO

Kəlbəcərdə yeniyetmə çaya düşdü - VİDEO

İsraildə parlament seçkilərinin tarixi açıqlandı

İsraildə parlament seçkilərinin tarixi açıqlandı

İslahatlar illüziyası ili: Yuliya Sviridenko vəzifəsindən hansı nəticələrlə gedir?

İslahatlar illüziyası ili: Yuliya Sviridenko vəzifəsindən hansı nəticələrlə gedir?

İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirdi - VİDEO

IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO

IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO

"The New York Times" Ukrayna və İran müharibəsini MÜQAYİSƏ ETDİ

"The New York Times" Ukrayna və İran müharibəsini MÜQAYİSƏ ETDİ

Pensilvaniyada nadir atmosfer hadisəsi lentə alındı - VİDEO

Pensilvaniyada nadir atmosfer hadisəsi lentə alındı - VİDEO

ABŞ İrana yeni zərbələr endirdi - VİDEO

ABŞ İrana yeni zərbələr endirdi - VİDEO

Tramp Ukrayna münaqişəsi haqqında: "Mən müharibənin tezliklə bitməsini istəyirdim, Qrem isə..." - VİDEO

Tramp Ukrayna münaqişəsi haqqında: "Mən müharibənin tezliklə bitməsini istəyirdim, Qrem isə..." - VİDEO

End of content

No more pages to load

RADİO