“Əhmədin anasının şəkillərini atıb ölümlə hədələyirdi…”

Bakıda arvadının boşanmaq istəyini qəbul etməyən kişi onu küçənin ortasında yandırmaq istəyib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, cinayət səbəbindən həbs edilən 44 yaşlı T.Abışovla həyat yoldaşı Aydan (şərti) həm də bibioğlu - dayıqızıdırlar. Onların birgə nikahdan bir azyaşlı qızı var.

Qadın evlilikləri dövründə əri tərəfindən mütəmadi olaraq fiziki və psixoloji zorakılığa məruz qalıb. Ərinin hər gün içkili halda evə gəlib onu döyməsi qadını boşanmağa vadar edib. Günlərin birində Aydan qızını da götürərək evi tərk edib.

T.Abışov isə arvadının gedişini qəbul etməyib. Əvvəlcə onunla söhbət edib, boşanmaq fikrindən daşınmasını xahiş edib. Aydanın israrla ayrılacağını deməsi isə onu özündən çıxarıb. Mübahisə zəminində o, arvadının baş və sifət nahiyələrinə yumruqla zərbələr endirib.

Bir neçə gün sonra isə daha ağır cinayət hadisəsi baş verib. Bu dəfə T.Abışov şəhərin ortasında arvadına od vurub yandırmaq istəyib. O bu niyyətlə içində benzin olan qabla Aydana məxsus “Nissan” markalı avtomobilə yaxınlaşıb. Həmin vaxt həyat yoldaşının rəfiqələri də maşında olublar. Ər maşına yaxınlaşaraq digərlərinin gözü qarşısında əlindəki tezalışan mayeni Aydanın üstünə və avtomobilin salonuna töküb. Bu zaman “ya mənim olacaqsan, ya da qara torpağın” deyərək bağıran kişi alışqanı yandırmaq istəyib, lakin arxa oturacaqda əyləşən sərnişin cəld tərpənərək aləti onun əlindən alıb, nəticədə baş verə biləcək dəhşətli hadisənin qarşısı alınıb.

Hadisədən sonra T.Abışov polis əməkdaşları tərəfindən saxlanılıb və öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, qəsdən sağlamlığa az zərər vurma və əmlakı qəsdən məhv etməyə cəhd maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Bundan sonra cütlük boşanıb. Aydan keçmiş ərinə qarşı heç bir tələb irəli sürməsə də, onu bağışlamayıb. O, məhkəmədə keçmiş əri ilə birgə yaşadığı və ayrıldıqdan sonrakı çətin günlərdən, daim təhdid edilməsindən danışıb:

“Evə hər gün içkili gəlirdi. Məni döyürdü. Sərxoş olduğu üçün qohumları da onu istəmirdi. Günlərimiz dava-dalaşla keçirdi. Hər gün məni təhdid edirdi. Əhmədin (Red: İkisi azyaşlı olmaqla beş ailə üzvünü amansızlıqla öldürən Əhməd Əhmədov) anasının şəkillərini atırdı.

Deyirdi ki, səni bax belə doğrayacağam. Hər dəfə üstümə benzin töküb yandıracağı ilə hədələyirdi. Axırda dediyini elədi… Həmin gün benzini düz belimə tökmüşdü. O an qorxudan ayaqlarım tutuldu, həyəcandan tərpənə bilmədim. Yaxşı ki, alışqanı əlindən ala bildilər, yoxsa daha ağır faciə baş verəcəkdi. T.Abışovun qəribə xasiyyəti var. Vurub öldürür, 5 dəqiqə sonra ağlayırdı... Onu başa düşə bilmirdim”.

Keçmiş arvadını müttəhim kürsüsündən seyr edən kişi isə onun dediklərinin çoxunu qəbul etməyib:

“Mən sadəcə onunla barışmaq istəyirdim. Düzdür, aramızda mübahisələr olurdu. Bu səbəbdən də Aydan çıxıb getmişdi. Amma mən pulsuzluğa düşməməsi üçün maşınımı satıb ona pul göndərdim. Bizim bir qızımız var. Dərdim qızımdır, mən onsuz qala bilmirəm. Ona dedim ki, lap sən çıx get, amma qızım evdə qalsın. Aydanı yumruqla dəfələrlə vurmağıma və benzin töküb yandırmaq istəməyimə gəlincə, bunlar sənəddə yazılan kimi deyil. Mən ona sadəcə şillə vurmuşam. Benzinlə yandırmaq söhbəti də düz deyil. Əlimdəki qabın içindəki də su idi”.

İş üzrə dindirilən şahidlər hadisə anını təsdiqləyib, təqsirləndirilən şəxsin əlində benzin və alışqan olduğunu deyiblər. Bundan əlavə, məhkəməyə təqdim olunan səs yazılarında T.Abışovun keçmiş həyat yoldaşını açıq-aşkar öldürməklə hədələdiyi aydın olur: “Yananda demə ha, yandırmadı. Sənin üçün 2 litr benzini özümlə gəzdirirəm. Səni su ilə söndürə bilsələr, mənə nə deyirsən de”.

Tərəflərin ifadələri və təqdim olunan sübutlar ittihamın əsaslı hesab edilməsi üçün yetərli olub.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə T.Abışov 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sikorski: Putin Polşaya hücum etmək gücü yoxdur

Sikorski: Putin Polşaya hücum etmək gücü yoxdur

Azərbaycanın çimərlik voleybolçuları Riqada bürünc medal qazandı - FOTO

Azərbaycanın çimərlik voleybolçuları Riqada bürünc medal qazandı - FOTO

Müşfiqabadda açıq sahədə yanğın oldu

Müşfiqabadda açıq sahədə yanğın oldu

Fransada silah dolu avtomobil tapıldı - 300 nəfər təxliyə olundu

Fransada silah dolu avtomobil tapıldı - 300 nəfər təxliyə olundu

Quterreşdən İran və ABŞ-a ÇAĞIRIŞ

Quterreşdən İran və ABŞ-a ÇAĞIRIŞ

Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın

Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın

Trampa qarşı Türkiyədə sui-qəsd hazırlanıb? – İDDİA

Trampa qarşı Türkiyədə sui-qəsd hazırlanıb? – İDDİA

Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazandı - FOTO

Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazandı - FOTO

Şəkidə minik avtomobili yandı

Şəkidə minik avtomobili yandı

Türkiyənin məşhur turizm mərkəzində meşə yanğını başladı - VİDEO

Türkiyənin məşhur turizm mərkəzində meşə yanğını başladı - VİDEO

Günün AXŞAM xəbərləri

Günün AXŞAM xəbərləri

Bakıda PARTLAYIŞ oldu - Yaralılar var

Bakıda PARTLAYIŞ oldu - Yaralılar var

Günel Azərbaycana köçməsindən danışdı - VİDEO

Günel Azərbaycana köçməsindən danışdı - VİDEO

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

Nəhəng bizon buynuzu ilə yaşlı turisti göyə tulladı - ANBAAN VİDEO

Nəhəng bizon buynuzu ilə yaşlı turisti göyə tulladı - ANBAAN VİDEO

Kəlbəcərdə tuneldə avtomobil yandı - FOTO/VİDEO

Kəlbəcərdə tuneldə avtomobil yandı - FOTO/VİDEO

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Co Bayden Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verdi: "Cill və mən şokdayıq"

Co Bayden Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verdi: "Cill və mən şokdayıq"

Kəlbəcərdə yeniyetmə çaya düşdü - VİDEO

Kəlbəcərdə yeniyetmə çaya düşdü - VİDEO

İsraildə parlament seçkilərinin tarixi açıqlandı

İsraildə parlament seçkilərinin tarixi açıqlandı

İslahatlar illüziyası ili: Yuliya Sviridenko vəzifəsindən hansı nəticələrlə gedir?

İslahatlar illüziyası ili: Yuliya Sviridenko vəzifəsindən hansı nəticələrlə gedir?

İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirdi - VİDEO

IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO

IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO

"The New York Times" Ukrayna və İran müharibəsini MÜQAYİSƏ ETDİ

"The New York Times" Ukrayna və İran müharibəsini MÜQAYİSƏ ETDİ

End of content

No more pages to load

RADİO