201 saylı məktəbdəki qalmaqalın səbəbi bilindi: “Rüşvətxor” deyən müavin cəza aldı

Ötən ay 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevanın səs yazısı yayılmışdı. Səs yazısında direktor məktəbin müəllimi Lalə Şəfaqətovanı keçmiş direktor müavini Svetlana Hüeynovaya qarşı yalançı şahidlik etməyə məcbur edirdi.

Bizim.Media xəbər verir ki, “Musavat.com” bu səs yazısının yayılmasının təfərrüatını əldə edib.
Məlumata görə, buna səbəb məktəbin kollektivi arasında uzun müddətdir davam edən ədavət olub. Məktəbin keçmiş direktor müavini Svetlana Hüseynova ilə mətkəbin direktoru arasında uzun müddət problemlər olub. Bunun nəticəsi olaraq məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini və riyaziyyat müəllimi vəzifəsində işləmiş Svetlana Hüseynova işdən çıxarılıb.

Məlumata görə, Svetlana Hüseynova məktəbdəki özbaşınalıqla bağlı narazılığını bildirib və rəsmi qurumlara bu barədə məlumat verib. Bundan sonra direktorla müavini “düşmən” olub.

Fotoda Afaq Əliyeva



Pedoqoji şurada çıxış edən direktor Afaq Əliyeva çıxışında Svetlana Hüseynovanı nəzərdə tutaraq “adam yediyi qaba tüpürməz” deyib. Ardınca isə kollektivə üzünü tutaraq “adam kimdir?” deyə sual ünvanlayıb. Bu zaman zalda olan direktorun digər müavini Elnurə Ramazanova direktoru müdafiə edərək onun sualının cavabına “şərəfsizdir” deyərək reaksiya verib. Pedoqoji şurada vəziyyət gərginləşib və tərəflər bir-birinin ünvanına ağır ifadələr işlədib.
Elnurə Ramazanova mübahisə zamanı Svetlana Hüseynovaya “sən valideynlərdən pul almısan”, “rüşvət almısan”, “bu gün də pul alırsan” deyib. Bunları böhtan və şərəfinin alçaldılması kimi qiymətləndirən Svetlana Hüseynova məhkəməyə üz tutub.

Həmin ərəfədə işdən çıxarılan Svetlana Hüseynova direktor müavininin xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyib.

Svetlana Hüeynova iddia ərizəsində bunları qeyd edib: “Elnurə Ramazanova əlinə imkan düşən kimi yazılı və ya şifahi şəkildə mənim şərəf və ləyaqətimi, nüfuzumu ləkələməyə, alçaltmağa çalışıb. Bakı şəhər Təhsil İdarəsinə, məktəbin direktoruna barəmdə böhtan xarakterli müraciətlər edib. Valideynlər və müəllimlər arasında şayiələr yayıb. Barəmdə mənfi rəy formalaşdırıb. Onun müraciətləri araşdırılıb və əsassız olduğu məlum olub. Amma mənim etdiyim şikayətlər yalan, şər-böhtan deyil”.

Məhkəmə araşdırması zamanı Elnurə Ramazanovanın şikayətçi Svetlana Hüsyenova “şərəfsiz”, “rüşvətxor” deməsini təsdiq edən müəllimlər də şahid kimi dindirilib. Həmçinin Elnurə Ramazanovanın dediklərini sübut edən səs yazısı da məhkəmədə sübut kimi qiymətləndirilib.

Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinən Elnurə Ramazanova cəzalandırılıb. O, Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə 1000 manat məbləğində cərimə cəzasına, 147.2-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın çimərlik voleybolçuları Riqada bürünc medal qazandı - FOTO

Azərbaycanın çimərlik voleybolçuları Riqada bürünc medal qazandı - FOTO

Müşfiqabadda açıq sahədə yanğın oldu

Müşfiqabadda açıq sahədə yanğın oldu

Fransada silah dolu avtomobil tapıldı - 300 nəfər təxliyə olundu

Fransada silah dolu avtomobil tapıldı - 300 nəfər təxliyə olundu

Quterreşdən İran və ABŞ-a ÇAĞIRIŞ

Quterreşdən İran və ABŞ-a ÇAĞIRIŞ

Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın

Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın

Trampa qarşı Türkiyədə sui-qəsd hazırlanıb? – İDDİA

Trampa qarşı Türkiyədə sui-qəsd hazırlanıb? – İDDİA

Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazandı - FOTO

Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazandı - FOTO

Şəkidə minik avtomobili yandı

Şəkidə minik avtomobili yandı

Türkiyənin məşhur turizm mərkəzində meşə yanğını başladı - VİDEO

Türkiyənin məşhur turizm mərkəzində meşə yanğını başladı - VİDEO

Günün AXŞAM xəbərləri

Günün AXŞAM xəbərləri

Bakıda PARTLAYIŞ oldu - Yaralılar var

Bakıda PARTLAYIŞ oldu - Yaralılar var

Günel Azərbaycana köçməsindən danışdı - VİDEO

Günel Azərbaycana köçməsindən danışdı - VİDEO

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

Nəhəng bizon buynuzu ilə yaşlı turisti göyə tulladı - ANBAAN VİDEO

Nəhəng bizon buynuzu ilə yaşlı turisti göyə tulladı - ANBAAN VİDEO

Kəlbəcərdə tuneldə avtomobil yandı - FOTO/VİDEO

Kəlbəcərdə tuneldə avtomobil yandı - FOTO/VİDEO

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Co Bayden Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verdi: "Cill və mən şokdayıq"

Co Bayden Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verdi: "Cill və mən şokdayıq"

Kəlbəcərdə yeniyetmə çaya düşdü - VİDEO

Kəlbəcərdə yeniyetmə çaya düşdü - VİDEO

İsraildə parlament seçkilərinin tarixi açıqlandı

İsraildə parlament seçkilərinin tarixi açıqlandı

İslahatlar illüziyası ili: Yuliya Sviridenko vəzifəsindən hansı nəticələrlə gedir?

İslahatlar illüziyası ili: Yuliya Sviridenko vəzifəsindən hansı nəticələrlə gedir?

İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirdi - VİDEO

IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO

IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO

"The New York Times" Ukrayna və İran müharibəsini MÜQAYİSƏ ETDİ

"The New York Times" Ukrayna və İran müharibəsini MÜQAYİSƏ ETDİ

Pensilvaniyada nadir atmosfer hadisəsi lentə alındı - VİDEO

Pensilvaniyada nadir atmosfer hadisəsi lentə alındı - VİDEO

End of content

No more pages to load

RADİO