Bayram günlərində təcili tibbi yardım xidmətinə 8 minədək müraciət daxil olub.
Bu barədə TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.
“Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb.
Bayram günlərində 103 Çağrı mərkəzinə Bakı şəhəri üzrə 7 872 çağırış daxil olub. Ən çox çağırış (2035) 8 iyun tarixində qeydə alınıb. 797 nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunub. Digərlərinə çağırış ünvanında ilkin tibbi yardım göstərilib.
Müraciət səbəbləri, əsasən, arterial təzyiq, kardioloji problemlər, halsızlıq, müxtəlif növ travmalar və s. ilə bağlı olub”,-deyə açıqlamada qeyd olunub.
Nəzrin Mirzəyeva, Bizim.Media