Kreditlərlə bağlı mühüm xəbər – Bu şəxslərin borcları silinəcək?

Türkiyədə doğuş edən qadınların kredit borclarının silinməsi təklifi irəli sürülüb. Bildirilir ki, məqsəd mümkün demoqrafik böhranı həll etməkdir. Sözügedən təşviq mexanizminin effektiv olacağı gözlənilsə də, hələ ki təsdiqlənməyib. Azərbaycanda da ildən-ilə doğum sayı azalır.

Xatırladaq ki, bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22119 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,8-ə düşüb.

Ölkəmizdə uşaq dünyaya gətirən şəxslər üçün kredit güzəştləri və ya borc silinməsi kimi addımlar tətbiq edilə bilərmi?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, bu cür təşəbbüslərin həyata keçirilməsi real görünmür:

“Bu zaman sui-istifadə halları artar. Bəzi şəxslər sırf borclarını sildirmək məqsədilə uşaq dünyaya gətirməyə çalışa bilərlər. Bu da həm səmərəsizliyə, həm də ədalətsizliyə səbəb olar. Eyni zamanda, belə addımın insanları borc götürməyə təşviq etməsi mümkündür. Fikrimcə, bu təklif Türkiyədə də reallaşmayacaq”.

İqtisadçı Azərbaycanda uşaqpulunun verilməsi məsələsinə də toxunub:

“Ölkədə bütün uşaqlara görə müavinət verilməsi düzgün deyil. Hökumət bu yanaşmanı dəstəkləmir, mən də iqtisadçı kimi tərəfdarı deyiləm. Bu cür ödənişlər yalnız aztəminatlı ailələrə verilməlidir. Dövlət bunun üçün ümumi sosial yardım nəzərdə tutur. Əgər təkliflər varsa, onların genişləndirilməsi və müavinətlərin məbləğinin artırılmasına diqqət yetirilməlidir”.

Xalid Kərimli qeyd edib ki, ölkədə əsas problem aşağı doğum səviyyəsi deyil:

“Uşaqlar böyüyüb yaxşı iş tapa bilmirlər. Uşaqpulu adətən əhalisinin sayı azalan, təbii artımda və gəncləşmə strukturunda problem yaşayan ölkələrdə tətbiq olunur. Məsələn, Rusiya və Avropanın bir çox dövlətində əhali azalır. Azərbaycanda isə təbii artım səviyyəsi qənaətbəxşdir. Gənclərin sayı Avropa ilə müqayisədə 10 faiz daha yüksəkdir. İnsanlar borc götürərkən onun qaytarılması haqda düşünməlidirlər, övlad dünyaya gətirərək güzəşt əldə etmək arzusu ilə yaşamamalıdırlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Turan İbrahimov yüksək vəzifəyə TƏYİN OLUNDU

Turan İbrahimov yüksək vəzifəyə TƏYİN OLUNDU

“ABŞ Rusiya və onun tərəfdaşlarına qarşı yeni rüsumlar tətbiq etməyə hazırdır” - Tramp

“ABŞ Rusiya və onun tərəfdaşlarına qarşı yeni rüsumlar tətbiq etməyə hazırdır” - Tramp

1509 taksi sürücüsü İMTAHAN VERDİ

1509 taksi sürücüsü İMTAHAN VERDİ

Ağdamda mina partladı, keçmiş döyüşçü "Gizir Xanı" həlak oldu - FOTO

Ağdamda mina partladı, keçmiş döyüşçü "Gizir Xanı" həlak oldu - FOTO

İsmayıllıda AĞIR QƏZA: Ölən var

İsmayıllıda AĞIR QƏZA: Ölən var

"Hörmət" pulu ilə fond yaratmışıq - Narkoloji Mərkəzin sabiq direktorundan ŞOK ETİRAFLAR

"Hörmət" pulu ilə fond yaratmışıq - Narkoloji Mərkəzin sabiq direktorundan ŞOK ETİRAFLAR

Prezident və birinci xanım BMT-nin mənzil qərargahına gəldilər - FOTO/VİDEO

Prezident və birinci xanım BMT-nin mənzil qərargahına gəldilər - FOTO/VİDEO

Tramp BMT Baş Assambleyasında çıxış edərkən ŞİKAYƏTLƏNDİ - VİDEO

Tramp BMT Baş Assambleyasında çıxış edərkən ŞİKAYƏTLƏNDİ - VİDEO

AIIF-2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər İMZALANDI - FOTO

AIIF-2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər İMZALANDI - FOTO

Quterreş: “Daha əvvəl Qəzzadakına bənzər bir şiddət görməmişəm”

Quterreş: “Daha əvvəl Qəzzadakına bənzər bir şiddət görməmişəm”

Medianın İnkişafı Agentliyində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüş keçirildi

Medianın İnkişafı Agentliyində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüş keçirildi

Dünyanın ən dəyərli futbol brendi BƏLLİ OLDU

Dünyanın ən dəyərli futbol brendi BƏLLİ OLDU

Eldost Bayram ürək əməliyyatı olundu

Eldost Bayram ürək əməliyyatı olundu

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənildi - FOTO

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənildi - FOTO

Rusiyanın daha 2 təyyarəsi vuruldu

Rusiyanın daha 2 təyyarəsi vuruldu

Peyğəmbərin hədisinə lağ edən aparıcı və qonaq HƏBS olundu

Peyğəmbərin hədisinə lağ edən aparıcı və qonaq HƏBS olundu

BMT-nin Baş katibi İlham Əliyevi belə qarşıladı – VİDEO

BMT-nin Baş katibi İlham Əliyevi belə qarşıladı – VİDEO

Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır – Qəbələ İcra Hakimiyyəti niyə SUSUR? – VİDEO

Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır – Qəbələ İcra Hakimiyyəti niyə SUSUR? – VİDEO

“Zirə”nin legioneri bir ay OYNAYA BİLMƏYƏCƏK

“Zirə”nin legioneri bir ay OYNAYA BİLMƏYƏCƏK

13 yaşlı oğlan təyyarənin şassisində gizləndi - Möcüzə nəticəsində sağ qaldı – VİDEO

13 yaşlı oğlan təyyarənin şassisində gizləndi - Möcüzə nəticəsində sağ qaldı – VİDEO

Prezident və birinci xanım BMT-nin mənzil qərargahında – VİDEO

Prezident və birinci xanım BMT-nin mənzil qərargahında – VİDEO

Neandertallar ölülərini necə dəfn edirdilər: İndi heç ağlınıza da gəlməz

Neandertallar ölülərini necə dəfn edirdilər: İndi heç ağlınıza da gəlməz

Nəqliyyatda gediş haqqı artacaq? - Differensial qiymət...

Nəqliyyatda gediş haqqı artacaq? - Differensial qiymət...

Rusiya Zaporojyeyə zərbələr endirdi – Ölən və yaralılar var- VİDEO

Rusiya Zaporojyeyə zərbələr endirdi – Ölən və yaralılar var- VİDEO

End of content

No more pages to load

RADİO