Tanınmış rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Rəssamlıq Akademiyasının "Bədii toxuculuq və xalça sənəti" kafedrasının professoru Tamilla Şahbaba qızı Məmmədova vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası sosial şəbəkə hesabında məlumat yayıb.
Qeyd edək ki, T.Məmmədova 1991-ci ildə Nəzəri Aspirantura üzrə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək Sənətşünaslıq namizədi elmi dərəcəsinə layiq görülüb. 1992–2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim və dosent kimi fəaliyyət göstərib, 2001-ci ildən etibarən isə Azərbaycan Rəssamlıq Akademiyasında dosent kimi pedaqoji fəaliyyətini davam etdirib, Elmi Şuranın ilk elmi katibi olub.
Onun "Zanbaq" və "Səma" adlı əsərləri Heydər Əliyev adına Hava Limanının VİP zalında, "Abşeron motivləri" və "Qonaqpərvərlik" qobelenləri isə “Azərbaycan” gəmisində nümayiş olunur.
T.Məmmədova 2010-cu ildən etibarən isə Azərbaycan Rəssamlıq Akademiyasının Bədii toxuculuq və xalça sənəti kafedrasında professor vəzifəsində çalışırdı.
Allah rəhmət eləsin!
Bizim.Media