Lerik rayonunun Bürsülüm kəndində bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, 44 yaşlı kənd sakini hündürlükdən yıxılaraq ağır bədən xəsarətləri alıb.
Məlumata görə, o, gilas toplamaq məqsədilə ağaca çıxarkən tarazlığını itirərək yerə yıxılıb.
1981-ci il təvəllüdlü Firudin Fayaz oğlu Ağayev dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Müayinə zamanı onun sol bud və baldır nahiyəsində, xüsusilə dizaltı hissədə geniş hematoma və sınıq aşkarlanıb.
Zəruri ilkin tibbi yardım göstərildikdən sonra xəstənin vəziyyəti nəzərə alınaraq, paytaxtdakı ixtisaslaşmış xəstəxanalardan birinə köçürülməsinə qərar verilib.
Sabutay, Bizim.Media, Cənub Bürosu