Üçüncü Dünya müharibəsi qapıda: Təhlükə artır

Qərb qarşısında eyni anda Rusiya, Çin və İranın qətiyyətini sınağa çəkdiyi bir zamanda, qlobal nizam sürətlə pozulur və dünya təhlükəli şəkildə Üçüncü dünya müharibəsinin həddinə yaxınlaşır. 

Bizim.Media  xəbər verir ki, "Fox News"un yazdığına görə, son vaxtlar baş verən beş narahatedici hadisə birlikdə elə bir dəhşətli mənzərə yaradır. 

Bu 5 hadisəni isə indiki halda görməməzlikdən gəlmək mümkün deyil.

1. Ukraynadakı "Hörümçək toru" əməliyyatı

Məqalədə qeyd olunur ki, bu əməliyyat Qərbin müdaxiləsi əlamətləri daşıyır.

"Baxmayaraq ki, Kiyev məsuliyyəti öz üzərinə götürüb, hücumun mürəkkəbliyi, uzaq məsafədən dəqiq nişan alma və sinxronlaşdırılmış zamanlama ABŞ və ya NATO-nun kəşfiyyat və texnoloji dəstəyindən xəbər verir. Keçmiş kəşfiyyat əməkdaşları hətta Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və ya müttəfiq qurumların iştirakını mümkün sayır", deyə "Fox News" qeyd edir.

Yazıda o da bildirilir ki, Moskva artıq özünü Qərb alyansı ilə daha geniş bir müharibənin içində görür və bunun cavabı cəbhə xəttindən çox uzağa yayıla bilər.

2. İranın nüvə ambisiyalarını cilovlamaq cəhdləri daha da iflasa uğrayır

İranın ali dini lideri ayətullah Əli Xamenei ABŞ-nin təklif etdiyi və zəif dərəcəli uran zənginləşdirilməsini ciddi şəkildə məhdudlaşdıran planı açıq şəkildə rədd edib.

"İsrailin açıq şəkildə hərbi müdaxilə ehtimalını nəzərdən keçirməsi və danışıqların dalana dirənməsi nəticəsində, Yaxın Şərq potensial regional alova çox yaxınlaşıb - xüsusilə İran uranı silah səviyyəsinə qədər zənginləşdirmə prosesini sürətləndirsə", - deyə yazıda bildirilir.

3. Tramp ilə Putin arasında telefon danışığı diplomatik irəliləyişə səbəb olmadı

"Əvəzində çağırış münaqişənin nə qədər dərinləşdiyini və qalan diplomatik yolların nə qədər daraldığını göstərdi", - deyə məqalədə qeyd edilir.

4. ABŞ-yə qarşı qeyri-ənənəvi xarici təhdidlər

Federal prokurorlar Çin vətəndaşı olan bir cütlüyü ABŞ-yə Fusarium graminearum adlı məhsul məhv edən göbələk növünü qaçaqmalçılıq yolu ilə gətirməyə cəhd göstərməkdə ittiham ediblər. ABŞ Ədliyyə Nazirliyi bu patogeni mümkün "aqroterrorizm silahı" kimi xarakterizə edir. Bu göbələk buğda, arpa və qarğıdalıya ciddi zərər vura bilər, onun toksinləri həm insanlar, həm də heyvanlar üçün zərərlidir.

"Bu planın dövlət tərəfindən dəstəklənib-dəstəklənməməsindən asılı olmayaraq, bu hadisə ABŞ-ın düşmən qüvvələrin qeyri-ənənəvi təhdidlərinə qarşı artan zəifliyini nümayiş etdirir", deyə yazıda vurğulanır.

5. ABŞ müdafiə naziri Çin tərəfindən Tayvana qarşı tammiqyaslı işğala hazırlaşma ehtimalına dair xəbərdarlıq etdi

"Tayvan boğazı barıt çəlləyinə çevrilib. Çin hərbi əməliyyata başlasa, ABŞ-ın müdaxiləsi demək olar ki, qaçılmaz olacaq - bu isə Hind-Sakit okean bölgəsində böyük bir münaqişəni alovlandıra bilər", deyə nəşr qeyd edir.

III Dünya müharibəsi təhlükəsi artır

"Bloomberg"in köşə yazarı Mark Çempion daha əvvəl qeyd etmişdi ki, NATO-nun hərbi planlaşdırıcıları artıq Rusiyanın alyans ölkələrinə hücum edib-etməyəcəyini deyil, nə vaxt və harada hücum edə biləcəyini müzakirə edirlər.

Bu arada, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev III Dünya müharibəsi ilə bağlı hədələrlə çıxış edib. ABŞ-nin xüsusi nümayəndəsi Keyt Kelloq buna sərt reaksiya verib:

"III Dünya müharibəsi ilə bağlı qorxu yaymaq - bu, Medvedevin məsuliyyətsiz, təxribatçı və dünya gücünə yaraşmayan bəyanatıdır”. (Qaynarinfo)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Turan İbrahimov yüksək vəzifəyə TƏYİN OLUNDU

Turan İbrahimov yüksək vəzifəyə TƏYİN OLUNDU

“ABŞ Rusiya və onun tərəfdaşlarına qarşı yeni rüsumlar tətbiq etməyə hazırdır” - Tramp

“ABŞ Rusiya və onun tərəfdaşlarına qarşı yeni rüsumlar tətbiq etməyə hazırdır” - Tramp

1509 taksi sürücüsü İMTAHAN VERDİ

1509 taksi sürücüsü İMTAHAN VERDİ

Ağdamda mina partladı, keçmiş döyüşçü "Gizir Xanı" həlak oldu - FOTO

Ağdamda mina partladı, keçmiş döyüşçü "Gizir Xanı" həlak oldu - FOTO

İsmayıllıda AĞIR QƏZA: Ölən var

İsmayıllıda AĞIR QƏZA: Ölən var

"Hörmət" pulu ilə fond yaratmışıq - Narkoloji Mərkəzin sabiq direktorundan ŞOK ETİRAFLAR

"Hörmət" pulu ilə fond yaratmışıq - Narkoloji Mərkəzin sabiq direktorundan ŞOK ETİRAFLAR

Prezident və birinci xanım BMT-nin mənzil qərargahına gəldilər - FOTO/VİDEO

Prezident və birinci xanım BMT-nin mənzil qərargahına gəldilər - FOTO/VİDEO

Tramp BMT Baş Assambleyasında çıxış edərkən ŞİKAYƏTLƏNDİ - VİDEO

Tramp BMT Baş Assambleyasında çıxış edərkən ŞİKAYƏTLƏNDİ - VİDEO

AIIF-2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər İMZALANDI - FOTO

AIIF-2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər İMZALANDI - FOTO

Quterreş: “Daha əvvəl Qəzzadakına bənzər bir şiddət görməmişəm”

Quterreş: “Daha əvvəl Qəzzadakına bənzər bir şiddət görməmişəm”

Medianın İnkişafı Agentliyində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüş keçirildi

Medianın İnkişafı Agentliyində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüş keçirildi

Dünyanın ən dəyərli futbol brendi BƏLLİ OLDU

Dünyanın ən dəyərli futbol brendi BƏLLİ OLDU

Eldost Bayram ürək əməliyyatı olundu

Eldost Bayram ürək əməliyyatı olundu

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənildi - FOTO

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənildi - FOTO

Rusiyanın daha 2 təyyarəsi vuruldu

Rusiyanın daha 2 təyyarəsi vuruldu

Peyğəmbərin hədisinə lağ edən aparıcı və qonaq HƏBS olundu

Peyğəmbərin hədisinə lağ edən aparıcı və qonaq HƏBS olundu

BMT-nin Baş katibi İlham Əliyevi belə qarşıladı – VİDEO

BMT-nin Baş katibi İlham Əliyevi belə qarşıladı – VİDEO

Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır – Qəbələ İcra Hakimiyyəti niyə SUSUR? – VİDEO

Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır – Qəbələ İcra Hakimiyyəti niyə SUSUR? – VİDEO

“Zirə”nin legioneri bir ay OYNAYA BİLMƏYƏCƏK

“Zirə”nin legioneri bir ay OYNAYA BİLMƏYƏCƏK

13 yaşlı oğlan təyyarənin şassisində gizləndi - Möcüzə nəticəsində sağ qaldı – VİDEO

13 yaşlı oğlan təyyarənin şassisində gizləndi - Möcüzə nəticəsində sağ qaldı – VİDEO

Prezident və birinci xanım BMT-nin mənzil qərargahında – VİDEO

Prezident və birinci xanım BMT-nin mənzil qərargahında – VİDEO

Neandertallar ölülərini necə dəfn edirdilər: İndi heç ağlınıza da gəlməz

Neandertallar ölülərini necə dəfn edirdilər: İndi heç ağlınıza da gəlməz

Nəqliyyatda gediş haqqı artacaq? - Differensial qiymət...

Nəqliyyatda gediş haqqı artacaq? - Differensial qiymət...

Rusiya Zaporojyeyə zərbələr endirdi – Ölən və yaralılar var- VİDEO

Rusiya Zaporojyeyə zərbələr endirdi – Ölən və yaralılar var- VİDEO

End of content

No more pages to load

RADİO