Şəmkirdə 59 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon sakini, 1966-cı il təvəllüdlü İntiqam Əsgərovu elektrik cərəyanı vurub.
Kişi aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu