Şamaxıda 3,2 maqnitudalı zəlzələ olub.
Bu barədə Bizim.Media-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Pirqulu stansiyasından 13 km şimal-şərqdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb”, – məlumatda qeyd olunub.
Bildirilib ki, yerli vaxtla 06:40-da qeydə alınmış yeraltı təkanların ocağı 6 km dərinlikdə yerləşib.
Xatırladaq ki, iyunun 5-də də Şamaxı rayonu ərazisində 2 ardıcıl yeraltı təkan qeydə alınmışdı.
Bizim.Media