Mingəçevirdə baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub .
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, onlardan biri Həmkarlar İttifaqının Mingəçevir şəhər komitəsinin sədri Səbuhi Abbasovdur.
Bundan başqa, qəza zamanı BMW markalı avtomobilin sürücüsü 39 yaşlı İmran Zeynalov və onun sərnişini 22 yaşlı Əhməd Əhmədov müxtəlif bədən xəsarətləri alıb.
Qeyd edək ki, axşam saatlarında Mingəçevirdə BMW markalı avtomobil qarşıdan gələn avtomobillə toqquşub və yoldan çıxaraq bir neçə dəfə dönərək aşıb.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu.