Tramp bəyan edib ki, həm Rusiya, həm də Ukraynaya qarşı sanksiyalar tətbiq edə bilər.
Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə Almaniya kansleri Fridrix Mertzlə birgə keçirilən mətbuat konfransında deyib.
"Əgər elə bir an gəlsə və görsəm ki, biz razılığa gələ bilməyəcəyik, bu münaqişə dayanmayacaq, o zaman biz çox sərt addımlar atacağıq. Amma bu, hər iki ölkəyə aid ola bilər", – deyə Tramp bildirib.
ABŞ prezidenti həmçinin qeyd edib ki, son vaxtlar Ukraynanın Rusiya aerodromlarına hücumundan sonra, o, Putindən cavab zərbəsi verməməsini xahiş edib, baxmayaraq ki, “Putini başa düşdüyünü” də əlavə edib.
Tramp hər iki ölkənin liderlərini "parkda dalaşan balaca uşaqlara" bənzədib.
Bizim.Media