Cəlilabadda həmkəndlisini toyda döyərək ölümünə səbəb olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-nın Cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Cəlilabad rayon sakini Qəmbər Yusubovun aldığı bədən xəsarətlərindən iyunun 5-də xəstəxanada ölməsi ilə bağlı polisə məlumat daxil olub.
İlkin məlumata görə, mayın 28-də Masallı rayonu ərazisində baş verən mübahisə zamanı o, həmkəndlisi – 22 yaşlı Babək Şahmarov tərəfindən döyülərək xəsarət alıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə B.Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Bizim.Media