Ağdamda orta məktəb müəllimini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya bildirilib ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Vasif Səfərov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Saxlanılan şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün istintaqa təqdim olunub.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media