Adil Əliyevdən Araz Musayevin iddialarına CAVAB: "Ortada istintaqı yayındırmaq cəhdi var"

Türkiyənin Antalya şəhərində bıçaqlanan Muay-Tay Federasiyasının sədri Araz Musayev baş verən hadisə ilə bağlı danışarkən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adını çəkib.

"Məni Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar. Aramızda olan problem isə işlə bağlı olub. Adam Muay-Tay Federasiyasının başına keçmək istəyirdi.

Bizim başqa problemimiz olmayıb. Bilirsiniz, federasiyaya təyinat istəklə deyil, seçimlə olur. Bu vaxta kimi mənə qarşı xoş olmayan addımlar atıb, son addım killer tutmaq oldu", - deyə Musayev ortaya iddia atıb.

Bizim.Media xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev “Musavat.com”a açıqlamasında Araz Musayevin onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Adil Əliyev deyib ki, Araz Musayevin səsləndirdiyi fikirlər əsassız, böhtan və şər xarakterlidir:

"Hadisə ilə heç bir bağlılığım yoxdur. Bu barədə məlumatı mətbuat vasitəsilə almışam. Araz Musayevin çarpayıda uzanaraq cəmiyyətə və ölkənin ali orqanlarına təsir etməyə çalışması, ictimai rəyi manipulyasiya etməsi yolverilməzdir. Bu hadisəni törədən bəlli, hadisənin yeri-yurdu bəllidir. Mən Bakıda oturub öz işimlə məşğulam və bu kimi hadisələrdə indiyə qədər heç zaman adım hallanmayıb, hallana da bilməz. Çünki bizim daim bir məqsədimiz olub, o da dövlətimizə, xalqımıza xidmətdir. Araz Musayevin nə düşündüyünü, nə üçün belə böhtan atdığını bilmirəm. Ancaq bildiyim odur ki, bu, iyrənc yalandır. Əlbəttə ki, məni tanıyan kimsə bu yalana inanmır".

Adil Əliyev yekunda deyib ki, əslində, Araz Musayev bu açıqlaması ilə özünü ifşa edir:

"Çünki hələ istintaqın nəticələri bəlli deyil. Belə olan halda Araz Musayev tələm-tələsik niyə mənim adımı hallandırır? Deməli, ortada istintaqı yayındırmaq cəhdi var. İstintaq hər şeyi ortaya qoyacaq. Nəticəni gözləmək lazımdır".

Xatırladaq ki, mayın 28-də Türkiyənin Antalya şəhərində iki qrup arasında baş verən insident zamanı Muay-Tay Federasiyasının prezidenti, doqquzqat dünya çempionu Araz Musayev bıçaqlanıb. O, dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən altı nəfər saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

““Benfika” “Qarabağ”a uduzanda…” - Mourinyodan AÇIQLAMA

““Benfika” “Qarabağ”a uduzanda…” - Mourinyodan AÇIQLAMA

Arıqlamaq üçün bu qədər alma sirkəsi içmək KİFAYƏTDİR

Arıqlamaq üçün bu qədər alma sirkəsi içmək KİFAYƏTDİR

Xalq artistindən ETİRAZ: “Mən ölməmişəm!” - VİDEO

Xalq artistindən ETİRAZ: “Mən ölməmişəm!” - VİDEO

Trampın Yaxın Şərq ölkələrinin liderləri ilə görüşü KEÇİRİLİR - VİDEO

Trampın Yaxın Şərq ölkələrinin liderləri ilə görüşü KEÇİRİLİR - VİDEO

Nərimanovda bağlanan yol AÇILDI

Nərimanovda bağlanan yol AÇILDI

Bakı klubu serbiyalı legionerlə müqavilə BAĞLADI

Bakı klubu serbiyalı legionerlə müqavilə BAĞLADI

Ləzədə KRİTİK VƏZİYYƏT: Palçıq püskürməsi 32 il sonra yenidən aktivləşdi - VİDEO

Ləzədə KRİTİK VƏZİYYƏT: Palçıq püskürməsi 32 il sonra yenidən aktivləşdi - VİDEO

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” - VİDEO

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” - VİDEO

Nərimanovda TIXAC VAR: Yük maşını yolda qalıb - FOTO

Nərimanovda TIXAC VAR: Yük maşını yolda qalıb - FOTO

Tramp: “Putinlə yaxşı münasibətlərim Ukraynadakı münaqişənin həllinə təsir göstərmədi”

Tramp: “Putinlə yaxşı münasibətlərim Ukraynadakı münaqişənin həllinə təsir göstərmədi”

“Turan Tovuz”un legioneri iki həftə OYNAMAYACAQ

“Turan Tovuz”un legioneri iki həftə OYNAMAYACAQ

Tokayev: “Qazaxıstan Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayır”

Tokayev: “Qazaxıstan Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayır”

Zaura görə müğənni bu kanalda "qara siyahı"ya DÜŞDÜ

Zaura görə müğənni bu kanalda "qara siyahı"ya DÜŞDÜ

“Tramp Putindən çox mənə güvənir” - Zelenski

“Tramp Putindən çox mənə güvənir” - Zelenski

Şərurda çörək sexində ciddi nöqsanlar AŞKARLANDI - FOTO

Şərurda çörək sexində ciddi nöqsanlar AŞKARLANDI - FOTO

Mehriban Əliyeva Nyu-Yorkda "Gələcəyi birlikdə qurmaq" adlı ziyafətdə İŞTİRAK ETDİ

Mehriban Əliyeva Nyu-Yorkda "Gələcəyi birlikdə qurmaq" adlı ziyafətdə İŞTİRAK ETDİ

Tramp Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı suala CAVAB VERMƏDİ

Tramp Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı suala CAVAB VERMƏDİ

Yevlaxda AİLƏ FACİƏSİ: Ata 4 yaşlı oğlunu traktorla vurdu

Yevlaxda AİLƏ FACİƏSİ: Ata 4 yaşlı oğlunu traktorla vurdu

Tramp: “NATO ölkələri bu təqdirdə Rusiya təyyarələrini vurmalıdır” - VİDEO

Tramp: “NATO ölkələri bu təqdirdə Rusiya təyyarələrini vurmalıdır” - VİDEO

Birinci Xanım BMT Baş Assambleyasının 80-ci sessiyasından paylaşım etdi - FOTO

Birinci Xanım BMT Baş Assambleyasının 80-ci sessiyasından paylaşım etdi - FOTO

Azərbaycanlı tiktokerin TOYUDUR - VİDEO

Azərbaycanlı tiktokerin TOYUDUR - VİDEO

İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım etdi - FOTO

İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım etdi - FOTO

Ərdoğan: “Qəzzada baş verənlər insanlığa ləkədir” - VİDEO

Ərdoğan: “Qəzzada baş verənlər insanlığa ləkədir” - VİDEO

Dünya çempionatında ¼ finalçılar MÜƏYYƏNLƏŞDİ

Dünya çempionatında ¼ finalçılar MÜƏYYƏNLƏŞDİ

End of content

No more pages to load

RADİO