Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 9 kiloqram 376 qram narkotik vasitə marixuana və 560 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bizim.Media