Lənkəran rayonunun dağlıq ərazisində bir gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb.
Bizim.Media xəbər verir ki, belə ki, Horavenc kənd sakini, 1970-ci il təvəllüdlü İlham Hüseynovun meyiti kəndin yaxınlığında yerləşən dərədə aşkarlanıb. Onun axtarışları ötən gündən davam etdirilirdi.
Hazırda meyitin dərədən çıxarılması istiqamətində işlər aparılır. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Hadisənin səbəbləri və başvermə şəraiti araşdırılır.
Sabutay, Bizim.Media, Cənub bürosu