İyunun 4-də Lerik rayonunda zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,6 olan zəlzələ yerli vaxtla saat 23:32-də Lerik rayonunda qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 17 kilometr olub və Lənkəran, Masallı, Yardımlı, Cəlilabad rayonlarında 3 bal gücündə hiss olunub.
***23:46
Yerli vaxtla saat 23:34 radələrində Lənkəranda zəlzələ olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, zəlzələ təqribən 3-4 bal gücündə hiss edilib.
Zəlzələ Lerik rayonunda da hiss olunub.
Sabutay, Bizim.Media cənub bürosu