“Telegram” messencerində daha bir yenilik təqdim edilib.
Bizim.Media xəbər verir ki, artıq istifadəçilər kanal müəlliflərinə şəxsi mesaj göndərə biləcəklər.
Belə ki, “Telegram” kanallarının abunəçiləri bundan sonra kanal sahibləri və adminlərlə şəxsi yazışmaya başlaya biləcəklər. Bu zaman məzmun müəllifləri öz əlaqə məlumatlarını açıqlamaya bilərlər. Admin üçün bu mesajlar şəxsi yazışmalardan ayrıca göstəriləcək.
Bu funksiya kanal ayarlarından aktivləşdiriləcək. Aktiv edildikdə kanalın aşağı panelində mesaj bölməsi əks olunacaq.Buradan da abunəçilər adminlərlə əlaqə qura biləcəklər.
Bizim.Media