Qardaş ölkənin bəzi media resurslarının “GÖRMƏDİYİ” FAKT - Türkiyə-İsrail ticarət TƏRƏFDAŞLIĞI – ARAŞDIRMA

2023-cü ilin oktyabrından aktiv mərhələyə keçən Qəzza münaqişəsi təəssüf ki, hələ də davam edir. Bu müddət ərzində minlərlə dinc sakin həyatını itirib, Qəzza sektorunda böhran vəziyyəti yaranıb. Sözügedən acınacaqlı vəziyyət Azərbaycanı da ciddi narahat edir.

Türkiyənin bəzi media resurslarının haqsız ittihamları...

Məlum olduğu kimi, Türkiyə Qəzza məsələsində xüsusi həssaslığı ilə seçilir və Fələstini açıq şəkildə dəstəklədiyini ifadə edir. Təbii ki, bu cür mövqe tutmaqda Türkiyənin obyektiv və subyektiv səbəbləri var. Lakin təəssüflər olsun ki, qardaş ölkədə bəzi media resursları və jurnalistlər Qəzza böhranını kontekstindən çıxararaq, reallıqdan uzaq ittihamlar irəli sürürlər. Xüsusilə də, Azərbaycana qarşı səsləndirilən bir çox haqsız iddialar dərin narahatlıq doğurur.

Hətta Türkiyənin bəzi media orqanlarında “Azərbaycan sionist rejimlə birləşib”, “Azərbaycan Qəzzadakı qətliamda iştirak edir” kimi fikirlərə də rast gəlmək mümkündür. Onlar bu cür saxta ittihamlarla elə bir mənzərə yaradırlar ki, sanki Fələstin problemi birbaşa Azərbaycanla bağlıdır.

Azərbaycana qarşı qeyd olunan reallıqdan uzaq iddiaları səsləndirənlər əsas bəhanə kimi ölkəmizlə İsrail arasında ticarət əlaqlərini ön plana çəkirlər. Bəli, Azərbaycan İsraillə dost ölkədir və əməkdaşlıq edir. Üstəlik Azərbaycan bu əlaqələri gizlətmir, rəsmi şəkildə bəyan edir.

Türkiyə-İsrail ticarət əlaqələri...

Ancaq diqqətçəkən məqam Türkiyə və İsrail arasında ticari münasibətlərin də yüksək səviyyədə olmasıdır. Belə ki, dünyaca nüfuzlu “Əl-Cəzirə” nəşrində 2024-cü il üzrə İsrailin xarici ticarət əlaqələrinə dair araşdırma məqaləsi dərc olunub. Sözügedən məqalədə İsrailin ən çox məhsul ixrac və idxal etdiyi ölkələrin siyahısı yer alıb.

Həmin siyahıya əsasən, Türkiyə İsrailə ən çox məhsul ixrac edən ölkələr siyahısında 5-ci pillədə qərarlaşıb. Statistikaya görə, 2024-cü ildə Türkiyədən İsrailə 2,868 milyard dollarlıq məhsul ixrac olunub. Azərbaycan isə həmin siyahıda ilk 15-likdə belə yoxdur.

Belə olan halda isə haqlı suallar ortaya çıxır:

Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham edən həmin media resursları niyə bu statistikadan danışmırlar? Məsələ Türkiyənin İsraillə ticarət əlaqələlərinə gələndə nə üçün oxşar başlıqlarla yazılar dərc etmirlər?

Bütün bu sualların isə heç bir məntiqli cavabı yoxdur. Ona görə də qardaş ölkənin bəzi mətbuat orqanlarının Qəzzada baş verənlərdə Azərbaycanı ittiham etməsi tamamilə absurddur.

Azərbaycan niyə İsraillə dostdur?

Məlum olduğu kimi, 30 ilə yaxın davam edən işğal dönəmində, Vətən müharibəsi günlərində, eyni zamanda sonrakı dövrdə qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olub. İsrail də bu illər ərzində Azərbaycana daim dəstək verib.

Məsələn, Qərb Azərbaycana silah embarqosu tətbiq edəndə İsrail bizə silah satmağa davam edirdi. Üstəlik, yəhudi lobbisi Azərbaycan haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırmaqda daim fəal rol oynayıb. Bütün bu dəstəklər isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında böyük əhəmiyyət kəsb edib. Ona görə də Azərbaycan İsrailin dəstəyini hər zaman yüksək qiymətləndirir.

Rəsmi Bakı Fələstinə yardımlarını əsirgəmir

Məlum olduğu kimi, 1980-ci illərin sonunda türk diplomatlarını qətlə yetirən ASALA silahlıları Fələstindəki düşərgələrdə təlimlər keçirdilər. Həmin terrorçular Qarabağ savaşında xalqımıza qarşı misilsiz cinayətlər törədiblər. Ancaq Azərbaycan heç bir halda Fələstinin ASALA terrorçularına qucaq açmasını hazırki Qəzza məsələsi ilə əlaqələndirmir.

Onu da qeyd etməliyik ki, Azərbaycan Fələstinlə diplomatik əlaqələr quran ilk ölkələrdən biridir. Hazırda Azərbaycanın Fələstində nümayəndəliyi fəaliyyət göstərir.

Üstəlik, rəsmi Bakı İslam dövlətlərinin üzləşdiyi bütün problemlərdə onların yanında mövqe tutub. İƏT çərçivəsində Fələstinə maliyyə yardımı toplamaq üçün keçirilən konfransların təşkilatçılarından biri də Azərbaycan olub. Eyni zamanda Azərbaycanın ayırdığı təqaüdlərlə ölkəmizdə xeyli sayda fələstinli tələbələr də təhsil alıb.

Türkiyə-İsrail münasibətlərinin normallaşmasında Azərbaycanın rolu

Türkiyə ilə qardaş, İsraillə dost ölkə olan Azərbaycan bu iki dövlətin münasibətlərindəki problemlərə də göz yummur. Rəsmi Bakı Türkiyə-İsrail normallaşması üçün əlini daşın altına qoyur. Belə ki Azərbaycan diplomatik təşəbbüslərlə çıxış edib, Bakı iki ölkə nümayəndələrinin görüşlərinə ev sahibliyi edib.

Bütün sadalanan faktları nəzərə aldıqda, Azərbaycanı Qəzza böhranı və ondan irəli gələn problemlərdə ittiham etməyin nə dərəcədə reallıqdan uzaq olduğu aydın görünür...

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AYİB-in Qafqaz üzrə regional direktoru ilə görüş keçirildi - FOTO

AYİB-in Qafqaz üzrə regional direktoru ilə görüş keçirildi - FOTO

““Benfika” “Qarabağ”a uduzanda…” - Mourinyodan AÇIQLAMA

““Benfika” “Qarabağ”a uduzanda…” - Mourinyodan AÇIQLAMA

Arıqlamaq üçün bu qədər alma sirkəsi içmək KİFAYƏTDİR

Arıqlamaq üçün bu qədər alma sirkəsi içmək KİFAYƏTDİR

Xalq artistindən ETİRAZ: “Mən ölməmişəm!” - VİDEO

Xalq artistindən ETİRAZ: “Mən ölməmişəm!” - VİDEO

Trampın Yaxın Şərq ölkələrinin liderləri ilə görüşü KEÇİRİLİR - VİDEO

Trampın Yaxın Şərq ölkələrinin liderləri ilə görüşü KEÇİRİLİR - VİDEO

Nərimanovda bağlanan yol AÇILDI

Nərimanovda bağlanan yol AÇILDI

Bakı klubu serbiyalı legionerlə müqavilə BAĞLADI

Bakı klubu serbiyalı legionerlə müqavilə BAĞLADI

Ləzədə KRİTİK VƏZİYYƏT: Palçıq püskürməsi 32 il sonra yenidən aktivləşdi - VİDEO

Ləzədə KRİTİK VƏZİYYƏT: Palçıq püskürməsi 32 il sonra yenidən aktivləşdi - VİDEO

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” - VİDEO

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” - VİDEO

Nərimanovda TIXAC VAR: Yük maşını yolda qalıb - FOTO

Nərimanovda TIXAC VAR: Yük maşını yolda qalıb - FOTO

Tramp: “Putinlə yaxşı münasibətlərim Ukraynadakı münaqişənin həllinə təsir göstərmədi”

Tramp: “Putinlə yaxşı münasibətlərim Ukraynadakı münaqişənin həllinə təsir göstərmədi”

“Turan Tovuz”un legioneri iki həftə OYNAMAYACAQ

“Turan Tovuz”un legioneri iki həftə OYNAMAYACAQ

Tokayev: “Qazaxıstan Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayır”

Tokayev: “Qazaxıstan Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayır”

Zaura görə müğənni bu kanalda "qara siyahı"ya DÜŞDÜ

Zaura görə müğənni bu kanalda "qara siyahı"ya DÜŞDÜ

“Tramp Putindən çox mənə güvənir” - Zelenski

“Tramp Putindən çox mənə güvənir” - Zelenski

Şərurda çörək sexində ciddi nöqsanlar AŞKARLANDI - FOTO

Şərurda çörək sexində ciddi nöqsanlar AŞKARLANDI - FOTO

Mehriban Əliyeva Nyu-Yorkda "Gələcəyi birlikdə qurmaq" adlı ziyafətdə İŞTİRAK ETDİ

Mehriban Əliyeva Nyu-Yorkda "Gələcəyi birlikdə qurmaq" adlı ziyafətdə İŞTİRAK ETDİ

Tramp Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı suala CAVAB VERMƏDİ

Tramp Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı suala CAVAB VERMƏDİ

Yevlaxda AİLƏ FACİƏSİ: Ata 4 yaşlı oğlunu traktorla vurdu

Yevlaxda AİLƏ FACİƏSİ: Ata 4 yaşlı oğlunu traktorla vurdu

Tramp: “NATO ölkələri bu təqdirdə Rusiya təyyarələrini vurmalıdır” - VİDEO

Tramp: “NATO ölkələri bu təqdirdə Rusiya təyyarələrini vurmalıdır” - VİDEO

Birinci Xanım BMT Baş Assambleyasının 80-ci sessiyasından paylaşım etdi - FOTO

Birinci Xanım BMT Baş Assambleyasının 80-ci sessiyasından paylaşım etdi - FOTO

Azərbaycanlı tiktokerin TOYUDUR - VİDEO

Azərbaycanlı tiktokerin TOYUDUR - VİDEO

İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım etdi - FOTO

İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım etdi - FOTO

Ərdoğan: “Qəzzada baş verənlər insanlığa ləkədir” - VİDEO

Ərdoğan: “Qəzzada baş verənlər insanlığa ləkədir” - VİDEO

End of content

No more pages to load

RADİO