Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində içməli suyun verilməsində fasilə yaranıb.
Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, buna səbəb su xəttundə qəza baş verməsidir.
Məsələ ilə bağlı İri Şəhərlərin Su Təchizatı Xidmətindən qeyd olunan ünvanda su xəttində qəza baş verməsi təsdiqlənib.
"Hazırda müvafiq rayon sukanal idarəsinin qəza briqadası tərəfindən təmir işləri görülür. Günün ikinci yarısından sonra işlər yekunlaşdırılacaq və suyun verilişi bərpa ediləcək", - deyə məlumatda bildirilib.
Bizim.Media