Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat BAŞLADI

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı iyunun 12-dək internet vasitəsilə aparılacaqdır.

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu il mayın 4-də keçirilmiş rezidenturaya qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş namizədlər təkrar imtahanda (2-ci cəhddə) iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak üçün tələb olunan məbləği (60 AZN) əlavə edib, Mərkəzin internet saytının müvafiq səhifəsinə (//eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olmaqla qeydiyyatdan keçirlər.

Bu il sənəd qəbulunda iştirak etməmiş namizədlər də 1-ci mərhələnin 2-ci cəhdinə yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmadığı halda) ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu namizədlər //eservices.dim.gov.az/erizerez/erize/?frm=egov səhifəsinə daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) namizədlər qeydiyyatdan keçmiş hesab olunurlar.

Məlumat üçün qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2-ci cəhdinin iyunun 29-da keçirilməsi planlaşdırılır.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və rezidenturaya qəbul olunmaq hüququna malik olan, lakin 11-18 aprel tarixlərində ərizə qəbulunda iştirak etməmiş namizədlər də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün iyunun 4-dən 12-dək “Namizədin elektron ərizəsi”ni doldurub təsdiq etməlidirlər (etdirməlidirlər).

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (IV və V kurs) tələbələr də buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AYİB-in Qafqaz üzrə regional direktoru ilə görüş keçirildi - FOTO

AYİB-in Qafqaz üzrə regional direktoru ilə görüş keçirildi - FOTO

““Benfika” “Qarabağ”a uduzanda…” - Mourinyodan AÇIQLAMA

““Benfika” “Qarabağ”a uduzanda…” - Mourinyodan AÇIQLAMA

Arıqlamaq üçün bu qədər alma sirkəsi içmək KİFAYƏTDİR

Arıqlamaq üçün bu qədər alma sirkəsi içmək KİFAYƏTDİR

Xalq artistindən ETİRAZ: “Mən ölməmişəm!” - VİDEO

Xalq artistindən ETİRAZ: “Mən ölməmişəm!” - VİDEO

Trampın Yaxın Şərq ölkələrinin liderləri ilə görüşü KEÇİRİLİR - VİDEO

Trampın Yaxın Şərq ölkələrinin liderləri ilə görüşü KEÇİRİLİR - VİDEO

Nərimanovda bağlanan yol AÇILDI

Nərimanovda bağlanan yol AÇILDI

Bakı klubu serbiyalı legionerlə müqavilə BAĞLADI

Bakı klubu serbiyalı legionerlə müqavilə BAĞLADI

Ləzədə KRİTİK VƏZİYYƏT: Palçıq püskürməsi 32 il sonra yenidən aktivləşdi - VİDEO

Ləzədə KRİTİK VƏZİYYƏT: Palçıq püskürməsi 32 il sonra yenidən aktivləşdi - VİDEO

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” - VİDEO

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” - VİDEO

Nərimanovda TIXAC VAR: Yük maşını yolda qalıb - FOTO

Nərimanovda TIXAC VAR: Yük maşını yolda qalıb - FOTO

Tramp: “Putinlə yaxşı münasibətlərim Ukraynadakı münaqişənin həllinə təsir göstərmədi”

Tramp: “Putinlə yaxşı münasibətlərim Ukraynadakı münaqişənin həllinə təsir göstərmədi”

“Turan Tovuz”un legioneri iki həftə OYNAMAYACAQ

“Turan Tovuz”un legioneri iki həftə OYNAMAYACAQ

Tokayev: “Qazaxıstan Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayır”

Tokayev: “Qazaxıstan Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayır”

Zaura görə müğənni bu kanalda "qara siyahı"ya DÜŞDÜ

Zaura görə müğənni bu kanalda "qara siyahı"ya DÜŞDÜ

“Tramp Putindən çox mənə güvənir” - Zelenski

“Tramp Putindən çox mənə güvənir” - Zelenski

Şərurda çörək sexində ciddi nöqsanlar AŞKARLANDI - FOTO

Şərurda çörək sexində ciddi nöqsanlar AŞKARLANDI - FOTO

Mehriban Əliyeva Nyu-Yorkda "Gələcəyi birlikdə qurmaq" adlı ziyafətdə İŞTİRAK ETDİ

Mehriban Əliyeva Nyu-Yorkda "Gələcəyi birlikdə qurmaq" adlı ziyafətdə İŞTİRAK ETDİ

Tramp Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı suala CAVAB VERMƏDİ

Tramp Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı suala CAVAB VERMƏDİ

Yevlaxda AİLƏ FACİƏSİ: Ata 4 yaşlı oğlunu traktorla vurdu

Yevlaxda AİLƏ FACİƏSİ: Ata 4 yaşlı oğlunu traktorla vurdu

Tramp: “NATO ölkələri bu təqdirdə Rusiya təyyarələrini vurmalıdır” - VİDEO

Tramp: “NATO ölkələri bu təqdirdə Rusiya təyyarələrini vurmalıdır” - VİDEO

Birinci Xanım BMT Baş Assambleyasının 80-ci sessiyasından paylaşım etdi - FOTO

Birinci Xanım BMT Baş Assambleyasının 80-ci sessiyasından paylaşım etdi - FOTO

Azərbaycanlı tiktokerin TOYUDUR - VİDEO

Azərbaycanlı tiktokerin TOYUDUR - VİDEO

İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım etdi - FOTO

İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım etdi - FOTO

Ərdoğan: “Qəzzada baş verənlər insanlığa ləkədir” - VİDEO

Ərdoğan: “Qəzzada baş verənlər insanlığa ləkədir” - VİDEO

End of content

No more pages to load

RADİO