Mayın 28-də Türkiyənin Antalya şəhərində bıçaqlanan Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin vəziyyəti ağırlaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə A.Musayev özü sosial şəbəkə hesabında paylaşım edib.
"Vəziyyətim yenə ağırlaşıb. Hər bir müsəlmandan və millətimdən dua istəyirəm" - deyə paylaşımda qeyd edilib.
O, həmçinin vurulmasında şübhəli bilinərək saxlanılan şəxslərin fotolarını da paylaşıb.
Bizim.Media