Bakı şəhərində iki qardaş bıçaqlanıb.
Bizim.Media xəbər verir ki, hadisə Binəqədi rayonu 28 May qəsəbəsində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Amil Tağıvev Qorxmaz oğlu mübahisə zamanı bıçaqla 1987-ci il təvəllüdlü Şahin Mehtiyev Samil oğluna və onun qardaşı 1986-cı il təvəllüdlü Tofiq Mehtiyevə bədən xəsarəti yetirib.
Nəticədə hər iki qardaş Klinik Tibbi Mərkəzə yerləşdirilib. Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır. (Oxu.az)
Bizim.Media