Abşeron rayonunun Mehdiabad qəsəbəsində evin çöl divarına quraşdırılan 2 ədəd elektrik sayğacı, 2 paq.m elektrik kabeli, yol kənarında 600 m² sahədə quru ot və məişət tullantıları yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media