Yevlaxlı körpə Mingəçevirdə 3-cü mərtəbədən yıxılıb. Hadisə Mingəçevir şəhərində Ş.İ.Xətai küçəsində baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Yevlaxın Aşağı Bucaq kənd sakini olan 2 yaşlı Əsma Xasızadə yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb.
Körpə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu