Xalq artisti Emin Ağalarov Azərbaycan milli komandasının minifutbol üzrə dünya çempionatındakı matçını əkizləri Əli və Mikayılla birgə izləyib.
Bizim.Media xəbər verir ki, sənətçi həmin görüntüləri instaqram hesabında yayımlayıb.
Xatırladaq ki, Azərbaycan minifutbol yığması Bakıda keçirilən dünya çempionatının qalibi olub.
Komandamız final görüşündə Macarıstanı 4:2 hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxıb.
Bizim.Media