“Uzaq Şəhər”dən uzaq durmalıyıq – Məşhur serial hansı qanunu pozur?

Təkcə Türkiyədə deyil, az qala bütün Avropada sevilən məşhur “Uzaq Şəhər” (türkcə “Uzak Şehir”) ən çox izlənən seriallardan biridir. Serial 2024-cü ilin sonlarında yayımlanmağa başlayıb və qısa müddətdə tamaşaçı marağı baxımından böyük uğur qazanıb.

Serialın mərkəzində Alya Albora adlı dul qadının hekayəsi dayanır. Ölən ərinin son arzusunu yerinə yetirmək üçün onun nəşini azyaşlı oğlu ilə Kanadadan Mardindəki Albora torpaqlarına gətirir. Lakin bu səyahət onun üçün geri dönüşü olmayan hadisəyə çevrilir. Əşirət (bir soydan törəyib birlikdə yaşayan ailələr toplusu) ağası Cihan Albora Alyanın geri dönüşünə əngəl olur və qadın Şərqdə geniş yayılmış adətlə – ölən ərinin qardaşına ərə getməyə məcbur qalır.

Hadisələr də bundan sonra başlayır. Alya həm özünün, həm də də gəlini olduğu ailənin keçmişinin sirlər burulğanına düşür. Bundan başqa ailədaxili qarşıdurmalarla, bölgənin acı həqiqətləri ilə üzləşir.  

Baş rollarını Azərbaycan əsilli aktyorlar Sinem Ünsal və Ozan Akbaba canlandırır. Ərəb serialı olan “Əl-Hayb”dan götürülərək türkcəyə uyğunlaşdırılmış “Uzaq Şəhər” 2025-ci ilin yanvarında ən yüksək reytinq yığaraq (15,01) digər serialları geridə qoymuş, son iki ilin ən çox izlənən serialı olmuşdu.  Serialın uğuru yalnız Türkiyə ilə məhdudlaşmır. “Uzaq Şəhər” Rusiya, Ukrayna, Rumıniya, İspaniya və Yaxın Şərq ölkələrində də populyardır.   

Yanlış mesaj ötürən serialı izləməyə dəyərmi?

“Uzaq Şəhər” güclü ssenarisi, dərin emosional cazibəsi və sosial mövzulara toxunuşu ilə seçilir.  Serialda qadınların cəmiyyətdəki rolu, ailə münasibətləri və fərdi azadlıqlar kimi aktual mövzular qabardılıb.  Burada bəhs olunan hadisələr Azərbaycanda da aktualdır və bu, yerli tamaşaçıları bir az da doğma hiss etdirir.

Ümumiyyətlə adətən seriallarda mükəmməllik, zənginlik, lüks həyat, ideal gözəllik kimi hər kəsin əlinin çatmadığı məsələlər qabardılır ki, bu da xüsusən gənclərdə özlərinin real vəzziyyəti ilə razılaşmamaq, öz həyatından narazı qalmaq kimi psixoloji narahatlıqlarr səbəb olur. Haqqında danışdığımız serialda da qismən bu məsələlər yer alır. Amma daha çox digər şüuraltına təsir edən, ifadəli desək, “səsi sonra çıxacaq” problemlər çoxluq təşkil edir. Cəmiyyətdən uzaq tutmağa çalışılan problemlər – cinayət, zorakılıq, qadınların daim qurban kimi göstərilməsi manipulyativ olaraq baş qəhrəmanların həyat tərzində müsbət, haqlı hal kimi təqdim olunur və bu da böyüməkdə olan nəslin qəhrəman obrazıını yanlış yöndə formalaşdırır.
 

Amma serialın ötürdüyü yanlış mesaj bununla bitmir. Yuxarıda qeyd etdiyimiz kimi Şərqdə geniş yayılmış, ölən kişinin həyat yoldaşının onun digər qardaşına ərə verilməsi faktı düşünürdük ki, artıq tarixin qatlarında tozlanıb. Buna qədər elə Azərbaycanın da uzaq şəhər və rayonlarında nadirən belə hallar təkrarlanırdısa, son illərdə olmuş bir hadisə – şəhidin nişanlısının onun qardaşına verilməsi ilə yenidən gündəmə gəlmişdi. Gəlməsi ilə də cəmiyyəti ikiyə bölmüşdü: bu adəti dəstəkləyənlər də vardı, qarşı çıxanlar da. Amma “Uzaq şəhər”də təqdim olunan bu köhnəlməyən adət hər kəsin rəğbətini qazandı.


Rəğbət qazanmış digər ciddi adət isə İslam dünyasının vazkeçilməzi olan qohum evliliyidir. Hətta indiyədək azərbaycanlıları qohum evliliyində qınayan, “öz bacı-qardaşınızla evlənirsiniz” deyən rus tamaşaçılar da əmiuşaqlarının böyük sevgisinə göz yaşı töküb onların evlənməyini arzulayırdılar.

Bu günə qədər davam edən belə evliliklərdən uzun illər təbliğat vasitəsilə uzaq durulmasına çalışılsa da, müsbət nəticə olmadığından Azərbaycan da daxil bir çox ölkələrdə artıq qadağa qoyulub. Azərbaycanda 2025-ci il iyulun 1-də qüvvəyə minən bu qanunla serialın yanlış təbliğatı – qohum nigahlarının normallaşdırılması təəssüf ki üst-üstə düşdü.

Qohumlar arasında sevgi münasibətlərinin, evliliklərin qeyri-etik və tibbi baxımdan ağır fəsadlarla nəticələndiyini qanuni yolla təbliğ etdiyimiz bir zamanda, serialda belə münasibətlər böyük sevgi kimi romantikləşdirildiyi üçün fikirlər yenidən qarışdı. Az bir qismin qınağına qarşı “dərin duyğuların gücü” kimi təqdim edildi.

Nəzərə alsaq ki, gənc auditoriya, xüsusilə yeniyetmələr izlədiklərini tez-tez davranış modeli kimi qəbul edirlər, o zaman serialda qohumlar arasında evlilik emosional, cəzbedici, heç bir neqativ nəticəsi olmayan bir şəkildə verilirsə, bu, onlar üçün yanlış yönləndirici ola bilər.

“Burada bioloji və tibbi risklərin gözdən salınması faktı var. Əslində filmlər, xüsusən də davamlı izlənən seriallar insanlarda ali dəyərləri aşılamalı, cəmiyyəti yanlışdan qorumağı hədəfləməli olduğu halda burada əksinə, yayındırır. Artıq bütün dünya bunu qəbul edir ki, qohum nikahlarının tibbi riskləri var – genetik xəstəliklər təhlükəsi artır ki, bu da sağlam nəsil üçün əngəl yaradır. Serial bu tərəfi tamamilə görməzliyə vurursa, bu, mövzunu qeyri-obyektiv təqdim etmək deməkdir” – psixoloq Zülfiyyə Baxşıyeva bildirir.

Onun sözlərinə görə, bu məsələdə təkcə real həyatda sevgisizlik, laqeydlik görmüş və arzuladığı sevgini ekranda tapmış tamaşaçını qınamaq olmaz. Burada məsuliyyət əsasən ssenaristin, rejissorun üstünə düşür. Çünki qohum nikahı kimi arzuolunmaz, sosial və tibbi cəhətdən problemli mövzular ya tənqidi yanaşma ilə təqdim olunmalı, ya da ümumiyyətlə yayınlanmamalıdır.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Sevgilisinin atasının 40 minə obyekt satdığını öyrəndi, evə basqın etdi - Cinayətin TƏFƏRRÜATI

Sevgilisinin atasının 40 minə obyekt satdığını öyrəndi, evə basqın etdi - Cinayətin TƏFƏRRÜATI

“Babək” prospektində QƏZA – Sıxlıq yarandı – FOTO

“Babək” prospektində QƏZA – Sıxlıq yarandı – FOTO

Pezeşkian Nyu-Yorkda Trampla görüşəcəkmi?

Pezeşkian Nyu-Yorkda Trampla görüşəcəkmi?

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

Ermənistanda atışma: 2 ölü, 1 yaralı var – Paşinyandan AÇIQLAMA - FOTO/VİDEO

Ermənistanda atışma: 2 ölü, 1 yaralı var – Paşinyandan AÇIQLAMA - FOTO/VİDEO

Skuter sürənlərə XƏBƏRDARLIQ – Bu halda həbs oluna BİLƏRSİZ

Skuter sürənlərə XƏBƏRDARLIQ – Bu halda həbs oluna BİLƏRSİZ

Gədəbəydə içində müəllimlərin olduğu mikroavtobus aşdı – 8 yaralı var

Gədəbəydə içində müəllimlərin olduğu mikroavtobus aşdı – 8 yaralı var

DİQQƏT! Bu şəxslərə hərbi xidmətdən möhlət verilir

DİQQƏT! Bu şəxslərə hərbi xidmətdən möhlət verilir

Bakı-Sumqayıt yolunda təhlükə böyüyür: Aidiyyəti qurumlar hələ də susurlar - VİDEO

Bakı-Sumqayıt yolunda təhlükə böyüyür: Aidiyyəti qurumlar hələ də susurlar - VİDEO

Gecə qıcolma ilə oyanırsınızsa, diqqət! - Açıqlama

Gecə qıcolma ilə oyanırsınızsa, diqqət! - Açıqlama

Bakıda çoxmərtəbəli binada yanğın - VİDEO

Bakıda çoxmərtəbəli binada yanğın - VİDEO

Hikmət Hacıyev: “Münaqişənin həllində son nəticəyə gətirib çıxardığına görə Prezident Trampa minnətdarıq”

Hikmət Hacıyev: “Münaqişənin həllində son nəticəyə gətirib çıxardığına görə Prezident Trampa minnətdarıq”

Əmək pensiyası və veteran pulu alanlara MÜHÜM XƏBƏR

Əmək pensiyası və veteran pulu alanlara MÜHÜM XƏBƏR

Leyla və Arzu Əliyevalar Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində - FOTO

Leyla və Arzu Əliyevalar Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində - FOTO

TRIPP marşrutu Asiyanı Avropa ilə birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq – Azərbaycan Prezidenti

TRIPP marşrutu Asiyanı Avropa ilə birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq – Azərbaycan Prezidenti

İlham Əliyev: “Orta Dəhliz çox geniş coğrafiyanı birləşdirən strateji layihədir”

İlham Əliyev: “Orta Dəhliz çox geniş coğrafiyanı birləşdirən strateji layihədir”

Nyu-Yorkda 6-cı Xəzər Biznes Forumu keçirildi – FOTO

Nyu-Yorkda 6-cı Xəzər Biznes Forumu keçirildi – FOTO

SON DƏQİQƏ! Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ! Xəzər dənizində zəlzələ oldu

Lənkəranda avtomobil 22 yaşlı gənci vurdu - FOTO

Lənkəranda avtomobil 22 yaşlı gənci vurdu - FOTO

BİZİM TƏQVİM: 24 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 24 sentyabrda baş vermiş tarixi hadisələr

"Real" üçün ŞAD XƏBƏR

"Real" üçün ŞAD XƏBƏR

Bakıda evdən meyit TAPILDI

Bakıda evdən meyit TAPILDI

AYİB-in Qafqaz üzrə regional direktoru ilə görüş keçirildi - FOTO

AYİB-in Qafqaz üzrə regional direktoru ilə görüş keçirildi - FOTO

End of content

No more pages to load

RADİO