“2024-cü ildə dövlət büdcəsinin xərcləri 37,7 mlrd. manat məbləğində icra edilmişdir ki, bu da 2023-cü illə müqayisədə 3,4% çox, proqnozla müqayisədə isə 5,1% azdır”.
Bizim.Media xəbər verir ki, bunu Hesablama Palatasının sdəri vüqar Gülməmmədov parlamentin növbədənkənar sessiyasının ilk iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, hesabat ilinin xərclərində də sosialyönlü istiqamətlər, işğaldan azad olmuş ərazilərin yenidən qurulması və bərpası, eləcə də müdafiə və milli təhlükəsizlik sahəsi xüsusi diqqətdə saxlanılıb:
“İcra edilməyən 2,0 mlrd. manat xərclərin əsas hissəsi ümumi dövlət xidmətləri bölməsinə, o cümlədən idarəetmə aparatına və NMR üzrə dotasiya məbləğinə, qismən də müdafiə sahəsinə aid olmuşdur”.
Günay Şahmar, Bizim.Media