Tovuzda əkin sahəsində kişi meyiti tapılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon sakini çaya düşərək ölüb.
Hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. 1959-cu il təvəllüdlü Əli Ələkbərov əkin sahəsini suvaran zaman çaya düşüb.
66 yaşlı rayon sakininin anidən vəziyyəti pisləşib. Sinir tutması keçirən şəxsin köməksiz vəziyyətdə qalaraq öldüyü ehtimal olunur.
Əraziyə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Hadisənin dəqiq səbəbləri araşdırılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu