“Şrek” cizgi filmi HƏDƏFDƏ – Azərbaycanda yayımı qadağan olunur?

Rusiyada bəzi Qərb istehsalı olan cizgi filmlərinə və internet oyunlarına qadağa qoyulması təklif olunur. Dövlət Duması təmsilçiləri bildirirlər ki, belə cizgi filmləri Rusiyada vətənpərvərlik dəyərlərini sarsıdır, qəhrəmanların mənfi imicinin formalaşdırır.

Ruslar bu dəfə Şreki hədəfə aldılar

Bizim.Media xəbər verir ki, rus deputatlar “Şrek”, “Monsters Inc.”, “Qrinç” cizgi filmlərini uşaqlar üçün zərərli hesab edirlər.

Belə düşünürlər ki, Qərb qəhrəmanları həm fiziki görünüşünə, həm də əxlaqi sapmalarına görə mənfi personajlardır, lakin müsbət kimi təqdim olunurlar, nəticədə uşaqlarda yaxşılıq qavrayışını təhrif edirlər. Bu da mənəvi və fiziki formalaşma prosesində olan uşaq və yeniyetmələr üçün çox təhlükəlidir.  

“Müasir ekranlarda xarici və daxili qüsurları olan Şrek kimi personajlar ənənəvi yaxşı qəhrəmanları əvəz edir”.

Sosioloqlar isə bildirirlər ki, Rusiyada Qərb istehsalı olan cizgi filmlərinə tətbiq edilən qadağa, son illərdə artan geosiyasi gərginliklərin və siyasətin bir hissəsi kimi qiymətləndirilə bilər. Bu qərarın əsas motivləri arasında əslində xarici təsirlərin azaldılması, yerli istehsalın təşviqi nəzərdə tutulur, amma “ənənəvi dəyərlərin qorunması” kimi göstərilir.

Nəzərə alsaq ki, bu cizgi filmləri, xüsusən “Şrek” Azərbaycanda da maraqla izlənilir. Bəs eyni təşəbbüs ortaya atıla, həmin cizgi filmlərinin yayımı qadağan oluna bilərmi?

Kinoşünas Aslan Məcidə görə, çətin ki qadağa olunsun. Azərbaycanda xarici cizgi filmləri, xüsusən də Disney, DreamWorks məhsulları təkcə uşaqlar arasında deyil, onların valideynləri arasında da çox məşhurdur.

“Həmin cizgi filmlərinin çoxuna, hər nə qədər düşüncə tərzimizə zərərli olsa da, özümüz də maraqla baxmışıq. Bəziləri hələ də öz uşaqlarına qoşulub baxır. Ona görə də bu cizgi filmlərinin birdən-birə qadağan edilməsi ictimai narazılığa səbəb ola bilər”.

Müəyyən məhdudiyyətlər tətbiq oluna bilər...

Kinoşünas həmçinin diqqətə çatdırır ki, yerli alternativlərin olmaması və ya zəif olması da Qərb cizgi filmlərinin qadağasını sual altında qoya bilər.

“Hazırda Azərbaycanda yerli istehsal cizgi filmlərinin sayı və keyfiyyəti hələ ki, Qərb istehsalları ilə rəqabət apara biləcək səviyyədə deyil. Bu da belə bir qadağanın reallıq baxımından mümkünlüyünü azaldır. Azərbaycanda uşaq kontentinə nəzarət daha çox etik və milli-mənəvi dəyərlərin qorunması yönündə tətbiq olunur. Qərb istehsalına qarşı ümumi qadağa isə hələ ki, gündəmdə deyil. Amma gələcəkdə bu məsələ ictimai müzakirəyə çıxarılsa, düşünürəm ki, bəlkə də müəyyən məhdudiyyətlər və ya nəzarət tətbiq oluna bilər”.
 

Məlumat üçün bildirək ki, indiyədək Azərbaycanda konkret bir cizgi filminə rəsmi qadağa qoyulmayıb. Amma bəzi cizgi filmlərinin məzmunu və təsiri ilə bağlı müzakirələr aparılıb.


Məsələn, 2012-ci ildə məşhur sovet cizgi filmi “Nu, poqodi!”nin Rusiyada gündüz saatlarında televiziyada yayımına məhdudiyyət qoyulması qərarı Azərbaycanda da müzakirə mövzusu olmuşdu. Lakin Mədəniyyət və Turizm Nazirliyindən bu cizgi filminin uşaqlara zərərli vərdişlər aşılamadığı və Azərbaycanda yayımına qadağa qoyulmayacağı fikrini bildirmişdi. 

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda kafedə müğənni ilə ofisiantın əlbəyaxa davası - Bəraət verildi

Bakıda kafedə müğənni ilə ofisiantın əlbəyaxa davası - Bəraət verildi

Nadir Qafarzadə: “Qızlarınızı TikTok-dan uzaq tutun!” - VİDEO

Nadir Qafarzadə: “Qızlarınızı TikTok-dan uzaq tutun!” - VİDEO

Nağdsız ödənişin tətbiq edildiyi avtobusların SAYI AÇIQLANDI

Nağdsız ödənişin tətbiq edildiyi avtobusların SAYI AÇIQLANDI

"Nigar Fərhadın şirkəti 5 min manatımı alıb qaytarmadı" - Dələduzluq İDDİASI

"Nigar Fərhadın şirkəti 5 min manatımı alıb qaytarmadı" - Dələduzluq İDDİASI

Qazmanovun milyonlarla pulunu oğurlayan erməni biznesmen HƏBS EDİLDİ

Qazmanovun milyonlarla pulunu oğurlayan erməni biznesmen HƏBS EDİLDİ

"Onlara olan hörmətimi itirmişəm, salamlaşmayacam da" - Ramil Şeydayev

"Onlara olan hörmətimi itirmişəm, salamlaşmayacam da" - Ramil Şeydayev

Məhkəmə Şahin Şıxlinski barəsində QƏRAR VERDİ - FOTO

Məhkəmə Şahin Şıxlinski barəsində QƏRAR VERDİ - FOTO

Ukrayna Novorossiyskə hücum etdi: Ölənlər var – VİDEO

Ukrayna Novorossiyskə hücum etdi: Ölənlər var – VİDEO

Onlara yeni vəzifə verildi

Onlara yeni vəzifə verildi

“Bu, insan haqlarının pozulmasıdır” — Deputat “AzParking”in özbaşınalığından danışdı

“Bu, insan haqlarının pozulmasıdır” — Deputat “AzParking”in özbaşınalığından danışdı

Rusiyalı idmançılar Gəncədə – FOTO

Rusiyalı idmançılar Gəncədə – FOTO

Trampın xəbərdarlığı vəziyyəti 180 dərəcə DƏYİŞDİ – Ukrayna üçün TARİXİ FÜRSƏT

Trampın xəbərdarlığı vəziyyəti 180 dərəcə DƏYİŞDİ – Ukrayna üçün TARİXİ FÜRSƏT

Azərbaycanda çox da yeyilmir, ancaq xərçəngdən qoruyur, qaraciyəri təmizləyir

Azərbaycanda çox da yeyilmir, ancaq xərçəngdən qoruyur, qaraciyəri təmizləyir

8 ayda Bakı əhalisi nə qədər pul xərcləyib?

8 ayda Bakı əhalisi nə qədər pul xərcləyib?

Hamilə olduğunu doğuş zamanı öyrəndi – FOTO

Hamilə olduğunu doğuş zamanı öyrəndi – FOTO

Rusiya bu dəfə ispaniyalı nazirin təyyarəsinin GPS sistemini sıradan çıxarmaq İSTƏDİ

Rusiya bu dəfə ispaniyalı nazirin təyyarəsinin GPS sistemini sıradan çıxarmaq İSTƏDİ

“Ağdərə”də saxta alkoqollu içkilər aşkarlandı – FOTO

“Ağdərə”də saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Maskın atası ilə bağlı dəhşətli İDDİALAR

Maskın atası ilə bağlı dəhşətli İDDİALAR

Elektrikli avtomobillərin təhlükəsi: Səssizlik qəzalara səbəb olur

Elektrikli avtomobillərin təhlükəsi: Səssizlik qəzalara səbəb olur

İslam Avropanı məhv edir, sərhədi bağlayın! – Tramp

İslam Avropanı məhv edir, sərhədi bağlayın! – Tramp

Ləzə kəndində palçıq FƏLAKƏTİ - 12 ev təhlükə ALTINDADIR - ÖZƏL/VİDEO

Ləzə kəndində palçıq FƏLAKƏTİ - 12 ev təhlükə ALTINDADIR - ÖZƏL/VİDEO

Avropa Liqası: “Fənərbağça” “Dinamo” səfərində

Avropa Liqası: “Fənərbağça” “Dinamo” səfərində

Bu qiymətlər qarşıdakı aylarda da artacaq — AÇIQLAMA

Bu qiymətlər qarşıdakı aylarda da artacaq — AÇIQLAMA

BMT binasında Trampı daşıyan eskalator dayandı

BMT binasında Trampı daşıyan eskalator dayandı

End of content

No more pages to load

RADİO