Zob xəstələrinin sayı sürətlə ARTIR – Bu qadınlar xüsusi RİSK ALTINDADIR

2024-cü ildə Azərbaycanda ilk dəfə qalxanabənzər vəzi xəstəliyi ilə diaqnoz qoyulanların sayı 3015 nəfərə çatıb. Bu şəxslərdən 813-ü kişi, 2202-si isə qadın olub. Statistika göstərir ki, qadınlarda bu xəstəlik kişilərlə müqayisədə xeyli yüksək faizlə qeydə alınır. Mütəxəssislər bu vəziyyəti bir sıra bioloji və həyat tərzi ilə bağlı səbəblərlə izah edirlər.

Son üç ilin məlumatları ilə müqayisədə ötən il qalxanabənzər vəzi xəstəliklərinin yayılmasında artım müşahidə edilir. Əsas səbəblər sırasında autoimmun xəstəliklərin artması, stressin təsiri və həyat tərzinin dəyişməsi ön plana çıxır. Qadınlarda bu xəstəliklərin daha çox rast gəlinməsi beynəlxalq elmi araşdırmalarla da təsdiq olunur.

Hormonal dəyişikliklər əsas səbəblərdəndir
 

MÖVZU İLƏ BAĞLI:

Qalxanvari vəzin düşmənləri: Yod və…


Endokrinoloqların fikrincə, qadınlarda hamiləlik, menstruasiya və menopauza kimi dövrlərdə baş verən hormonal dəyişikliklər qalxanabənzər vəzinin funksiyasını zəiflədə bilər. Estrogen hormonu da bu vəzin fəaliyyətinə birbaşa təsir göstərərək bəzi hallarda nodulların və ya iltihab proseslərinin yaranmasına səbəb olur.

Beynəlxalq “Journal of Clinical Endocrinology and Metabolism” jurnalında dərc edilən tədqiqatlara görə, qadınlar kişilərlə müqayisədə 5-8 dəfə daha çox qalxanabənzər vəzi xəstəliklərinə tutulurlar. Bu fərq, əsasən, qadınlarda immun sisteminin fərqli fəaliyyət göstərməsi ilə əlaqələndirilir.

Qalxanabənzər vəzi xəstəliklərinin risk faktorları

Qalxanabənzər vəzinin xəstəliklərinə tutulma riskini artıran bəzi faktorlar bunlardır:

Autoimmun xəstəliklər: Hashimoto tiroiditi və Graves xəstəliyi kimi autoimmun xəstəliklər qalxanabənzər vəzinin xəstəliklərinə səbəb ola bilər.

Hamiləlik və doğuş sonrası dövr: Hamiləlik və doğuş sonrası dövr hormonal dəyişikliklərə səbəb olaraq qalxanabənzər vəzinin xəstəliklərinə yol aça bilər.

Stress və Həyat Tərzi: Uzun müddətli stress, qeyri-sağlam qidalanma və yuxu rejiminin pozulması qalxanabənzər vəzinin fəaliyyətinə mənfi təsir göstərə bilər.

Yod defisiti: Yod çatışmazlığı qalxanabənzər vəzinin böyüməsinə səbəb ola bilər.

Yerli vəziyyət və risk faktorları

Azərbaycanda bu xəstəliklərin artmasında həm ətraf mühit faktorları, həm də iodin çatışmazlığı mühüm rol oynayır. Xüsusilə iodin çatışmazlığı fonunda yaranan zob və digər qalxanabənzər vəzi problemləri regionun bəzi ərazilərində daha sıx rast gəlinir.


Mütəxəssislər vətəndaşlara ildə bir dəfə qalxanabənzər vəzin funksiyasını yoxlatmağı tövsiyə edirlər. Erkən diaqnoz sayəsində bir çox xəstəliklərin qarşısını almaq mümkündür. Sağlam qidalanma, stressin idarə olunması və müntəzəm tibbi müayinələr isə riskin azalmasında mühüm rol oynayır.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda kafedə müğənni ilə ofisiantın əlbəyaxa davası - Bəraət verildi

Bakıda kafedə müğənni ilə ofisiantın əlbəyaxa davası - Bəraət verildi

Nadir Qafarzadə: “Qızlarınızı TikTok-dan uzaq tutun!” - VİDEO

Nadir Qafarzadə: “Qızlarınızı TikTok-dan uzaq tutun!” - VİDEO

Nağdsız ödənişin tətbiq edildiyi avtobusların SAYI AÇIQLANDI

Nağdsız ödənişin tətbiq edildiyi avtobusların SAYI AÇIQLANDI

"Nigar Fərhadın şirkəti 5 min manatımı alıb qaytarmadı" - Dələduzluq İDDİASI

"Nigar Fərhadın şirkəti 5 min manatımı alıb qaytarmadı" - Dələduzluq İDDİASI

Qazmanovun milyonlarla pulunu oğurlayan erməni biznesmen HƏBS EDİLDİ

Qazmanovun milyonlarla pulunu oğurlayan erməni biznesmen HƏBS EDİLDİ

"Onlara olan hörmətimi itirmişəm, salamlaşmayacam da" - Ramil Şeydayev

"Onlara olan hörmətimi itirmişəm, salamlaşmayacam da" - Ramil Şeydayev

Məhkəmə Şahin Şıxlinski barəsində QƏRAR VERDİ - FOTO

Məhkəmə Şahin Şıxlinski barəsində QƏRAR VERDİ - FOTO

Ukrayna Novorossiyskə hücum etdi: Ölənlər var – VİDEO

Ukrayna Novorossiyskə hücum etdi: Ölənlər var – VİDEO

Onlara yeni vəzifə verildi

Onlara yeni vəzifə verildi

“Bu, insan haqlarının pozulmasıdır” — Deputat “AzParking”in özbaşınalığından danışdı

“Bu, insan haqlarının pozulmasıdır” — Deputat “AzParking”in özbaşınalığından danışdı

Rusiyalı idmançılar Gəncədə – FOTO

Rusiyalı idmançılar Gəncədə – FOTO

Trampın xəbərdarlığı vəziyyəti 180 dərəcə DƏYİŞDİ – Ukrayna üçün TARİXİ FÜRSƏT

Trampın xəbərdarlığı vəziyyəti 180 dərəcə DƏYİŞDİ – Ukrayna üçün TARİXİ FÜRSƏT

Azərbaycanda çox da yeyilmir, ancaq xərçəngdən qoruyur, qaraciyəri təmizləyir

Azərbaycanda çox da yeyilmir, ancaq xərçəngdən qoruyur, qaraciyəri təmizləyir

8 ayda Bakı əhalisi nə qədər pul xərcləyib?

8 ayda Bakı əhalisi nə qədər pul xərcləyib?

Hamilə olduğunu doğuş zamanı öyrəndi – FOTO

Hamilə olduğunu doğuş zamanı öyrəndi – FOTO

Rusiya bu dəfə ispaniyalı nazirin təyyarəsinin GPS sistemini sıradan çıxarmaq İSTƏDİ

Rusiya bu dəfə ispaniyalı nazirin təyyarəsinin GPS sistemini sıradan çıxarmaq İSTƏDİ

“Ağdərə”də saxta alkoqollu içkilər aşkarlandı – FOTO

“Ağdərə”də saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Maskın atası ilə bağlı dəhşətli İDDİALAR

Maskın atası ilə bağlı dəhşətli İDDİALAR

Elektrikli avtomobillərin təhlükəsi: Səssizlik qəzalara səbəb olur

Elektrikli avtomobillərin təhlükəsi: Səssizlik qəzalara səbəb olur

İslam Avropanı məhv edir, sərhədi bağlayın! – Tramp

İslam Avropanı məhv edir, sərhədi bağlayın! – Tramp

Ləzə kəndində palçıq FƏLAKƏTİ - 12 ev təhlükə ALTINDADIR - ÖZƏL/VİDEO

Ləzə kəndində palçıq FƏLAKƏTİ - 12 ev təhlükə ALTINDADIR - ÖZƏL/VİDEO

Avropa Liqası: “Fənərbağça” “Dinamo” səfərində

Avropa Liqası: “Fənərbağça” “Dinamo” səfərində

Bu qiymətlər qarşıdakı aylarda da artacaq — AÇIQLAMA

Bu qiymətlər qarşıdakı aylarda da artacaq — AÇIQLAMA

BMT binasında Trampı daşıyan eskalator dayandı

BMT binasında Trampı daşıyan eskalator dayandı

End of content

No more pages to load

RADİO