“Növbəti tədris illərində Qarabağda təhsil müəssisələrin sayı 40-ı keçəcək”.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetində “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda jurnalistlərə açıqlamasında deyib.
Nazir hazırda Qarabağda 20-dən artıq təhsil müəssisəsinin artırıldığını deyib:
“Hazırda 2200 şagird məktəbə, 200-dən çox uşaq bağçaya gedir. Hər gün say artır. Bundan əlavə bir çox məktəblərimizin növbəti tədris ilindən açılışı olacaq. Bu qürurverici bir addımdır. İnanıram ki, biz artıq onların sayına fokuslanmayacağıq, çünki bu, gündəlik həyata çevriləcək”.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu