Göygöl sakini Kəlbəcərdə yıxılaraq xəsarət alıb.
Bizim.Media xəbər verir ki, hadisə Murovdağ silsiləsində qeydə alınıb.
Göygöl rayonunun Çaykənd kənd sakini 1989-cu il təvəllüdlü X. Ömərov dağda ehtiyatsızlıqdan yıxılıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Ona ayağın sınığı diaqnozu qoyulub. Hadisə ilə bağlı araşdırma aparılır. (Apa.az)
Bizim.Media