Goranboyda ailə münaqişəsi qanla nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Nizami kəndində baş verib.
Kənd sakini, 1987-ci il təvəllüdlü G. Abbasova boğazının kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb. Zərərçəkən qadın dərhal əməliyyata götürülüb, vəziyyətinin stabil olduğu bildirilir.
İlkin versiyaya görə, G.Nəcəfovanı aralarında baş verən mübahisə zamanı qardaşı, 1993-cü il təvəllüdlü S. Nəcəfov bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu