Apreldə keçirilmiş imtahanın nəticələri ELAN OLUNDU

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (//eservices.dim.gov.az/2025/netorta) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Bu imtahanda iştirakı nəzərdə tutulan 53649 nəfərdən 447 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 17 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 3 iyun saat 10:00-dan 5 iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.


Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:


Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Şagirdlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əli Əsədov Ana Brnabiç ilə GÖRÜŞDÜ - FOTO

Əli Əsədov Ana Brnabiç ilə GÖRÜŞDÜ - FOTO

Xalq artisti oğluna TOY EDİR - VİDEO

Xalq artisti oğluna TOY EDİR - VİDEO

PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üçün qəbul cədvəli AÇIQLANDI

PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üçün qəbul cədvəli AÇIQLANDI

Debüt oyununda AĞIR ZƏDƏ

Debüt oyununda AĞIR ZƏDƏ

Lavrov və Rubionun BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında görüşü keçirilir - VİDEO

Lavrov və Rubionun BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında görüşü keçirilir - VİDEO

Sumqayıtda 51 yaşlı kişi BIÇAQLANDI - 15 yaşlı yeniyetmə şübhəli bilinir

Sumqayıtda 51 yaşlı kişi BIÇAQLANDI - 15 yaşlı yeniyetmə şübhəli bilinir

Pezeşkian BMT tribunasından ƏMİN ETDİ: “İran heç vaxt nüvə silahı əldə etməyəcək”

Pezeşkian BMT tribunasından ƏMİN ETDİ: “İran heç vaxt nüvə silahı əldə etməyəcək”

Prezident "Ares Management" qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb - FOTO

Prezident "Ares Management" qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb - FOTO

Gəncədə avtomobil orta yaşlı kişini xəstəxanalıq etdi

Gəncədə avtomobil orta yaşlı kişini xəstəxanalıq etdi

İlham Əliyevin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü oldu - FOTO

İlham Əliyevin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü oldu - FOTO

General Şəfahət İmranov vəzifədən AZAD EDİLİR

General Şəfahət İmranov vəzifədən AZAD EDİLİR

Prezident İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb - FOTO

Prezident İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb - FOTO

İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb - FOTO

İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb - FOTO

Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupu Cəbrayılda TOPLANDI - FOTO

Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupu Cəbrayılda TOPLANDI - FOTO

Osimhen “Liverpul”a qarşı OYNAYACAQ?

Osimhen “Liverpul”a qarşı OYNAYACAQ?

Sabah İmişlinin 7 kəndində QAZ OLMAYACAQ

Sabah İmişlinin 7 kəndində QAZ OLMAYACAQ

Sıçrayışa HAZIR OLUN: Bu bürc üçün "qara zolağın" sonudur

Sıçrayışa HAZIR OLUN: Bu bürc üçün "qara zolağın" sonudur

İmişlidə zəhərlənən 20 nəfərin SON VƏZİYYƏTİ

İmişlidə zəhərlənən 20 nəfərin SON VƏZİYYƏTİ

Zelenski BMT tribunasından təşkilatı TƏNQİD ETDİ - VİDEO

Zelenski BMT tribunasından təşkilatı TƏNQİD ETDİ - VİDEO

Daşkənddə birgə komanda-qərargah təlimi keçirilir - FOTO

Daşkənddə birgə komanda-qərargah təlimi keçirilir - FOTO

İmişlidəki zəhərlənmə ilə bağlı AQTA araşdırmalara BAŞLADI

İmişlidəki zəhərlənmə ilə bağlı AQTA araşdırmalara BAŞLADI

Millimizin III MDB Oyunları üçün heyəti AÇIQLANDI

Millimizin III MDB Oyunları üçün heyəti AÇIQLANDI

Dini konfessiyaların rəhbərləri Vaşinqton Bəyannaməsinə dəstəklə bağlı birgə bəyanat QƏBUL ETDİLƏR

Dini konfessiyaların rəhbərləri Vaşinqton Bəyannaməsinə dəstəklə bağlı birgə bəyanat QƏBUL ETDİLƏR

Müəllimlərin sertifikasiyasının müsahibə nəticələri AÇIQLANDI

Müəllimlərin sertifikasiyasının müsahibə nəticələri AÇIQLANDI

End of content

No more pages to load

RADİO