Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.
Bizim.Media xəbər verir ki, bu barədə teatrın mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Füzuli Hüseynov Bədii Şura üzvlüyündən azad olunub və ona töhmət verilib.
Buna səbəb olaraq isə Bədii Şuranın iclasında Füzuli Hüseynovla aktyor Əli Nur arasında baş vermiş mübahisə göstərilib: "Gələcəkdə tərəflər arasında belə halların təkrarlanmaması üçün bu addım atılıb".
Bizim.Media