Bu gün Tərtər rayonu, Qızıloba kəndində minaya düşən Tərtər rayonunun Yuxarı Qaradağlı kənd sakini Telman Əhməd oğlunun son vəziyyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Bərdə rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.
“30.05.2025-ci il saat 19:35-də Tərtər Rayonu Qızıloba kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1 nəfər (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
1978-ci il təvəllüdlü şəxsə Sağ ayağın pəncə nahiyəsinin parçalanmış, didilmiş yarası diaqnozu təyin edilib”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, Tərtər rayonunun Yuxarı Qaradağlı kənd sakini Telman Əhməd oğlu Hüseynov mal-qara otararkən minaya düşüb.
Bizim.Media