Tərtər rayonunun Qızıloba kəndində minaya düşən Tərtər rayonunun Yuxarı Qaradağlı kənd sakini Telman Əhməd oğlu Hüseynov hadisə yerindən təxliyə olunaraq aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media xəbər verir ki, hazırda yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılır.
Faktla bağlı araşdırma aparılır.
***19:35
Tərtər rayonunun Qızıloba kəndində mülki şəxs minaya düşüb.
Bizim.Media xəbər verir ki, Tərtər rayonunun Yuxarı Qaradağlı kənd sakini Telman Əhməd oğlu Hüseynov mal-qara otararkən minaya düşüb.
Hazırda zərərçəkmişin hadisə yerindən təxliyyəsi istiqamətində iş aparılır.
Bizim.Media