30 may 2025-ci il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf İran İslam Respublikasının neft nazirinin kommersiya məsələləri və beynəlxalq əlaqələr üzrə müavini Seyid Əli Məhəmməd Musəvi ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Görüşdə ölkələrimiz arasında enerji sektorunda əlaqələrin genişləndirilməsi üçün geniş potensialın olduğu qeyd edilib, bu xüsusda, SOCAR ilə İran şirkətləri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Bizim.Media