“Boşanmaların sayının artması hamımızı narahat edir. Bu digər sahələrə də ciddi təsir göstərir. Əhalinin artım tempində də azalma müşahidə edilir. Təbii ki, boşanmalar da buna öz təsirini göstərir”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Əli Əhmədov parlamentin bugünkü plenar iclasındakı çıxışı zamanı deyib.
O bildirib ki, bütün boşanmaların səbəbi ailənin sosial problemləri deyil:
“Kifayət qədər yüksək həyat səviyyəsi olan ölkələrdə boşanmalar Azərbaycandakı boşanmalardan qat-qat çoxdur. Buna səbəb heç də sosial məsələlər deyil. Əhalinin, hər bir ailənin sosial qayğısı dövlətin siyasətində əsas məsələdir. Ailənin yaşayışının əsas mənbəyi əmək haqqıdır, bununla yanaşı, ailə gəlirləri digər gəlirlər, mənbələr hesabına da formalaşır”.
Günay Şahmar, Bizim.Media