2023-cü illə müqayisədə 2024-cü ildə qadınların orta aylıq nominal əməkhaqqı 7,5% artaraq 791,1 manat olub.
Bizim.Media xəbər evrir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentin bugünkü plenar iclasında Komitənin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.
O bildirib ki, kişilərin əmək haqqı isə 8,5% artaraq 1159,9 manat təşkil edib.
Qeyd edək ki, 2023-cü ildə qadınların orta aylıq nominal əməkhaqqı 735,7 manat, kişilər üçün bu göstərici 1069,3 manat təşkil edib.
Günay Şahmar, Bizim.Media