Qarabağ istiqamətində danışıqlar və görüşlər hələ bitməyib və davam edəcək.
Bizim.Media-ya açıqlamasında Türkiyənin Qəhrəman Maraş Universitetinin professoru Toğrul İsmayıl belə deyib. O, hesab edir ki, Azərbaycan qalib tərəf kimi hələ Ermənistan qarşısında çox məsələləri qaldıracaq.
O ki qaldı əks tərəfi narahat edən “Türkiyə Azərbaycanın istənilən yerində əsgərlərini yerləşdirə bilər” fikrinə“Anlamaq lazımdır ki, Türkiyə artıq Cənubi Qafqazda var.
"O, sabah NATO üzvü kimi Gürcüstanda da öz hərbi birləşmələri ilə otura bilər. Hazırkı geosiyasi reallıq bunları qaçılmaz edir”.
Toğrul İsmayılın fikrincə, hansı sənəddə nə yazılmasından asılı olmayaraq, Türkiyə və Rusiya Müdafiə nazirlərinin Qarabağda sülhməramlıların yerləşdirilməsi ilə bağlı imzaladığı memarandum Türkiyənin bölgəyə gəlişini rəsmiləşdirdi.
“Bu da o deməkdir ki, Rusiya Türkiyənin Cənubi Qafqaza gəlməsi ilə rəsmən razılaşıb”.
Ağanisə Sultan, Bizim.Media