Müharibə veteranlarına verilən 80 manatla bağlı GÖZLƏNİLƏN XƏBƏR - Yeni məbləğ AÇIQLANDI

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Yaşayış minimumu haqqında” Qanuna dəyişiklik layihəsi müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə olan şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək. Hazırda qanunvericilik sosial sahəyə aid müəssisələri bu normalarla əhatə etmir ki, bu da həmin müəssisələrin imkanlarını məhdudlaşdırırdı. Yeni dəyişiklik bu boşluğu aradan qaldıracaq.

Bundan əlavə, sonuncu dəfə 11 il əvvəl təsdiqlənmiş minimum istehlak səbətinin bu il yenilənməsi gözlənilir.

Bildirilir ki, bu səbət artan həyat xərclərini nəzərə ala bilər və bu da 285 manat olan yaşayış minimumunun artırılmasına zəmin yarada bilər. Yaşayış minimumu artdığı təqdirdə, ona indeksləşdirilən sosial ödənişlər – o cümlədən müharibə veteranlarına verilən 80 manatlıq aylıq müavinətin də artıb artmayacağı sual doğurur. 

Maraqlıdır, müharibə veteranlarına verilən 80 manat artacaqmı?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Aydın Hüseynov News24.az-a bildirib ki, sosial islahat paketinin genişləndirilməsi dövlətin strateji və davamlı hədəflərindən biridir:

“Yaşayış minimumu haqqında” Qanuna ediləcək dəyişikliklər fonunda hökumətin sosial siyasəti yenidən gündəmə gəlib. Dövlət büdcəmizin gəlirləri fonunda sosial zərflər formalaşır və bu istiqamətdə artımlar həyata keçirilir. Bu zərflər hazırlanarkən vətəndaşların sosial rifahının artırılmasına kompleks yanaşılır”. 

Deputatın sözlərinə görə, büdcə gəlirlərinin artması şəraitində sosial müdafiə tədbirləri daha da genişlənəcək.

Bu isə təkcə əmək pensiyaları və müavinətləri deyil, həmçinin aztəminatlı təbəqələrə, şəhid ailələrinə, müharibə veteranlarına və digər sosial qruplara göstərilən dəstəyi də əhatə edəcək.

"Ölkənin maliyyə imkanları artdıqca, bu artımların ən çox əks olunduğu sahə məhz sosial sektor olacaq. Əgər dövlət büdcəsinin gəlirləri əvvəlki illərlə müqayisədə artmağa davam edərsə, bu artımların birbaşa vətəndaşların sosial rifahına yönləndirilməsi baş tutacaq. Bu, həm də hökumətin sosial ədalət prinsipinə sadiqliyinin göstəricisidir”.

Aydın Hüseynov qeyd edib ki, Yaşayış minimumu haqqında” qanuna ediləcək dəyişikliklər çərçivəsində istehlak səbətinin yenidən müəyyənləşdirilməsi və onun 11 ildən sonra ilk dəfə yenilənməsi nəzərdə tutulur. Bu addım yaşayış minimumunun artırılmasına zəmin yaradacaq. 

Müharibə veteranlarına verilən 80 manatlıq müavinət yaşayış minimumuna uyğun indeksləşdiyi üçün eyni nisbətdə artacağı təqdirdə 15% artım halında – müavinət təxminən 92 manat ola bilər. Bu rəqəmlər təxmini proqnozlar üzərində qurulub və dəqiq məbləğlər rəsmi təsdiqdən sonra məlum olacaq.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İki günün tibbi-meteoroloji PROQNOZU

İki günün tibbi-meteoroloji PROQNOZU

Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO

Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO

Prezidentlərin Şuşa görüşündən yeni görüntülər - VİDEO

Prezidentlərin Şuşa görüşündən yeni görüntülər - VİDEO

Sahibə Qafarova başsağlığı vermək üçün Qətərə getdi

Sahibə Qafarova başsağlığı vermək üçün Qətərə getdi

Bakıda iki böyük küçə bağlanır – Alternativ YOLLAR - FOTO

Bakıda iki böyük küçə bağlanır – Alternativ YOLLAR - FOTO

39 saylı marşrutun hərəkət sxemi və avtobusları dəyişdi - Gediş haqqı artdı

39 saylı marşrutun hərəkət sxemi və avtobusları dəyişdi - Gediş haqqı artdı

Ucuz kolbasaların tərkibində karton olur? – İndiyədək bildiyimiz doğru və yanlışlar – FOTO

Ucuz kolbasaların tərkibində karton olur? – İndiyədək bildiyimiz doğru və yanlışlar – FOTO

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

Zirədə dəniz suyu qəhvəyi rəngə boyandı: Çimərlikdə narahatlıq yaradan görüntülər - VİDEO

Zirədə dəniz suyu qəhvəyi rəngə boyandı: Çimərlikdə narahatlıq yaradan görüntülər - VİDEO

İnterpolun axtardığı Tuqay Hüseynov Azərbaycana təhvil verilir

İnterpolun axtardığı Tuqay Hüseynov Azərbaycana təhvil verilir

Bakıda 3 böyük yolda təmir işləri BAŞA ÇATDI - VİDEO

Bakıda 3 böyük yolda təmir işləri BAŞA ÇATDI - VİDEO

Qusarda selin dağıtdığı yollar bərpa olundu - İcra başçısı yeni körpünü istifadəyə verdi - FOTO

Qusarda selin dağıtdığı yollar bərpa olundu - İcra başçısı yeni körpünü istifadəyə verdi - FOTO

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir - FOTO

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir - FOTO

Bakıda separatçı liderlərin məhkəməsi: Bako Sahakyan ittihamları rədd etdi - FOTO

Bakıda separatçı liderlərin məhkəməsi: Bako Sahakyan ittihamları rədd etdi - FOTO

Türkiyə Netanyahunu beynəlxalq AXTARIŞA VERDİ

Türkiyə Netanyahunu beynəlxalq AXTARIŞA VERDİ

Azərbaycan və Britaniya parlamentariləri Bakıda görüşdülər - FOTO

Azərbaycan və Britaniya parlamentariləri Bakıda görüşdülər - FOTO

Azərbaycanda "Temu"ya qarşı İŞ QALDIRILDI

Azərbaycanda "Temu"ya qarşı İŞ QALDIRILDI

Azər Novruzova Mərkəzi Bankda yüksək vəzifə VERİLDİ - FOTO

Azər Novruzova Mərkəzi Bankda yüksək vəzifə VERİLDİ - FOTO

Azərbaycan və Slovakiya kibercinayətkarlığa qarşı güclərini birləşdirir - FOTO

Azərbaycan və Slovakiya kibercinayətkarlığa qarşı güclərini birləşdirir - FOTO

End of content

No more pages to load

RADİO