Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO/VİDEO

Mayın 21-də Türkiyənin Ankara şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Qərbi Azərbaycan İcması, Azəri-Türk Qadınlar Birliyi və Azərbaycan-Türkiyə Evinin (ATEV) birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bizim.Media xəbər verir ki, konfransa Azərbaycan və Türkiyədən 250-ə yaxın iştirakçı, o cümlədən Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri, dövlət qurumlarının nümayəndələri, universitet rektorları, elm və iş adamları, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri qatılıb.


Tədbir Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Sonra Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın və Türkiyənin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.


Daha sonra Qərbi Azərbaycan həqiqətləri və Qərbi Azərbaycan İcmasının fəaliyyəti, Qərbi azərbaycanlıların ləyaqətli şəkildə geri qayıdışı ilə bağlı Qərbi Azərbaycan Televiziyası tərəfindən hazırlanan film nümayiş etdirilib.

media-img-20250522-wa0032
Tədbirin açılışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konfrans iştirakçılarına müraciətini oxuyub. O, Türkiyədə belə bir tədbirin keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edərək, konfransın işinə uğurlar arzulayıb.

media-1747842309380933127_1200x630
Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, TBMM-nin üzvü Efkan Ala Qərbi Azərbaycanla bağlı Türkiyədə ilk belə konfransın keçirilməsinin tarixi əhəmiyyətindən danışıb.

Konfrans işini panel müzakirələrlə davam etdirib.

media-img-20250522-wa0033
Qərbi Azərbaycanın tarixindən bəhs edən birinci panel türkiyəli tarixçi, Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin Tarix İnstitutunun direktoru Prof. Dr. Kamal Çiçəyin moderatorluğu ilə baş tutub. Paneldə tanınmış tarixçi professorlar İlbər Ortaylı, Aygün Attar, Tufan Gündüz, Okan Yeşilot və İbrahim Ethem Atnur çıxış ediblər.

media-1747842309634377868_1200x630
TBMM-in Qadınlar və kişilər arasında imkan bərabərliyi komissiyasının sədri Çiğdem Erdoğanın moderatorluğu ilə keçirilən “Qərbi Azərbaycan: hüquqi və humanitar aspektlər” mövzusunda ikinci paneldə TBMM-in komissiya sədrləri Vedat Bilgin və Derya Yanık, TBMM-in üzvü Zeynep Yıldız, professorlar Cavid Abdullazadə, Yaşar Sarı və Muharrem Kılıç çıxış ediblər.

media-5b2f18fd-238f-46c8-9be7-0cc775146853
Panellərdən sonra iştirakçılara təşəkkürnamələr təqdim edilib.

Konfransın bağlanış sessiyasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov, TBMM-in üzvü, Ədalət və İnkişaf Partiyası sədrinin müavini Zafer Sırakaya, Milli Məclisin deputatı, “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı və TBMM-in üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım çıxış ediblər.

Daha sonra iştirakçılar adından konfransın yekun sənədi qəbul edilib.

Sənəddə XX əsrin müxtəlif mərhələlərində Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar sistemli etnik təmizləməyə məruz qalaraq doğma yurdlarından zorla çıxarıldıqları, bu proses nəticəsində yüz minlərlə Qərbi azərbaycanlının qaçqın vəziyyətinə düşdüyü, onların mədəni irsinin məhv edildiyi vurğulanıb. Bildirilib ki, bu faciəvi hadisələr regionun mədəni müxtəlifliyinə və tarixi yaddaşına ciddi zərbə vurub və -hazırda həll edilməmiş ədalətsizlik kimi qalmaqdadır.

Qeyd olunub ki, Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışı tarixi ədalətsizliyin aradan qaldırılmasını təmin etməklə yanaşı, Cənubi Qafqazda sabitlik və barışıq üçün mühüm addımdır. Qərbi Azərbaycanda dağıdılmış məscidlərin və digər mədəni abidələrin bərpası, qorunması regional sülh və birgəyaşayışın möhkəmləndirilməsi üçün vacibdir.
 

Mədəni müxtəliflik və barışığa xidmət edən bu işdə beynəlxalq təşkilatların yaxından iştirakı zəruridir.


Sənəddə, həmçinin Ermənistan hökuməti Qərbi azərbaycanlıların doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını qeyd-şərtsiz təmin etməyə və bunun üçün beynəlxalq hüquqa uyğun real addımlar atmağa çağırılıb. Diqqətə çatdırılıb ki, Ermənistan qayıdışı təmin etmək məqsədilə Qərbi Azərbaycan İcması ilə konstruktiv dialoq başlamalı, azərbaycanlıların mədəni irsinin qorumaq və bərpa etmək üçün UNESCO-nun və digər müvafiq qurumların monitorinq missiyalarına icazə verilməli və Qərbi azərbaycanlıların mülkiyyət hüquqlarını təmin etməlidir.

Tədbir iştirakçıları Prezident İlham Əliyevin Qərbi Azərbaycana sülh yolu ilə qayıdış məsələsində liderliyini, beynəlxalq hüququn aliliyinə sadiqliyini və ədalətin bərpasına yönəlmiş səylərini yüksək qiymətləndirib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın haqq-ədalətə, sülh və barışığa möhkəm dəstəyini alqışlayıblar.

Sonda xatirə şəkli çəkdirilib.

































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda illərdir istifadəsiz qalan avtobuslar – VİDEO

Bakıda illərdir istifadəsiz qalan avtobuslar – VİDEO

Əli Əsədov Həştərxan vilayətinin qubernatoru ilə GÖRÜŞDÜ

Əli Əsədov Həştərxan vilayətinin qubernatoru ilə GÖRÜŞDÜ

IDEA Sabirabad və Cəlilabadda kütləvi ağacəkmə aksiyaları təşkil etdi – FOTO

IDEA Sabirabad və Cəlilabadda kütləvi ağacəkmə aksiyaları təşkil etdi – FOTO

Alimentlərlə əlaqədar işçinin əməkhaqqında tutulmalara dair YENİ NORMA

Alimentlərlə əlaqədar işçinin əməkhaqqında tutulmalara dair YENİ NORMA

İl yarım öncə anasını itirən üç körpə bu gün də ATASIZ qaldı – Dəhşətli HƏYAT HEKAYƏSİ

İl yarım öncə anasını itirən üç körpə bu gün də ATASIZ qaldı – Dəhşətli HƏYAT HEKAYƏSİ

SON DƏQİQƏ! Cəmil Həsənli yenidən DTX-yə çağırıldı

SON DƏQİQƏ! Cəmil Həsənli yenidən DTX-yə çağırıldı

Rusiyada yeniyetmənin öldürdüyü məktəbli milliyyətcə tacik olub – FOTO

Rusiyada yeniyetmənin öldürdüyü məktəbli milliyyətcə tacik olub – FOTO

Bakıda evdən 12 min manatlıq OĞURLUQ

Bakıda evdən 12 min manatlıq OĞURLUQ

İşçilərdən bu sənədlər tələb olunmayacaq

İşçilərdən bu sənədlər tələb olunmayacaq

Təzəbinə və Seyidbəyli kəndlərinə NÖVBƏTİ KÖÇ - FOTO

Təzəbinə və Seyidbəyli kəndlərinə NÖVBƏTİ KÖÇ - FOTO

Müəllimlər tədris dövründə də məzuniyyətə ÇIXA BİLƏCƏKLƏR

Müəllimlər tədris dövründə də məzuniyyətə ÇIXA BİLƏCƏKLƏR

Bu işçilərə ən azı 46 gün məzuniyyət veriləcək – SİYAHI

Bu işçilərə ən azı 46 gün məzuniyyət veriləcək – SİYAHI

Amnistiyanın Əjdər Ol və Rəşad Dağlıya da şamil olunacağı ilə bağlı AÇIQLAMA

Amnistiyanın Əjdər Ol və Rəşad Dağlıya da şamil olunacağı ilə bağlı AÇIQLAMA

Komitə sədri: “Heç bir ata bu hüquqdan istifadə etmir”

Komitə sədri: “Heç bir ata bu hüquqdan istifadə etmir”

SABAHIN HAVASI: Rayonlara qar yağacaq

SABAHIN HAVASI: Rayonlara qar yağacaq

İran mollasından qadınlara şok sözlər: “Kaş içki içərdiniz, amma hicablı olaydınız” – VİDEO

İran mollasından qadınlara şok sözlər: “Kaş içki içərdiniz, amma hicablı olaydınız” – VİDEO

“WhatsApp”da YENİ FUNKSİYALAR

“WhatsApp”da YENİ FUNKSİYALAR

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi – FOTO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi – FOTO

Dəhşətli hadisə: Yaşlı kişi öz evini partlatdı - SƏBƏB

Dəhşətli hadisə: Yaşlı kişi öz evini partlatdı - SƏBƏB

Müharibə veteranları ilə bağlı TƏKLİF – Bu rüsumdan azad edilə bilərlər

Müharibə veteranları ilə bağlı TƏKLİF – Bu rüsumdan azad edilə bilərlər

Bu şəxslərin vərəsələrinə MÜAVİNƏT ÖDƏNİLƏCƏK

Bu şəxslərin vərəsələrinə MÜAVİNƏT ÖDƏNİLƏCƏK

İranda buraxılış məntəqəsində atışma: Ölənlər və yaralananlar var – VİDEO

İranda buraxılış məntəqəsində atışma: Ölənlər və yaralananlar var – VİDEO

Dövlət qulluqçuları ilə bağlı YENİLİK – Məvaciblərinin 3 mislini ALACAQLAR

Dövlət qulluqçuları ilə bağlı YENİLİK – Məvaciblərinin 3 mislini ALACAQLAR

Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə ŞAD XƏBƏR

Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə ŞAD XƏBƏR

End of content

No more pages to load

RADİO